Bu sƏyahƏt sƏnin üçündür

Biz insanların gücünə inanırıq.

Əgər siz mühəndis, istedadlı dizayner və ya marketinq ehtirası ilə yanan bir şəxssinizsə, sizin üçün Volvo Cars-da karyera imkanı var. 

Biz dünyada ən cəzbedici iş təminatçısı kimi tanınırıq. Və biz öz uğurumuzu 3 əsas element üzərində cəmləşdiririk - biz dinamik və hörmətli mühitə malik qlobal bir markayıq; biz innovativ və cəzbedici maşınlar istehsal edirik; və biz işçilərə öz karyeralarını daha da inkişaf etdirməyə imkan veririk.

Siz nə işlə məşğul olmaq istəyirsiniz?

Volvo Cars kimi dinamik bir şirkətdə müxtəlif iş imkanları təqdim edən geniş çeşiddə biznes sahələri var. Odur ki, sizin karyera yolunuzun hansı olmasından asılı olmayaraq, biz sizə meydan veririk. Sizə bizə ambisiyalı hədəflərimizə çatmağa kömək edərkən biz sizə gözəl iş mühiti və öz xəyallarınızı gerçəkləşdirmək üçün bir şans veririk. Özünüzü göstərə biləcəyiniz biznes sahələrinə baxın.


BİZNES SAHƏLƏRİ

Yenicə başlayırsınız?

Əgər siz universiteti təzə bitirmisinizsə və ya yay vaxtı bir az iş təcrübəsi əldə etmək istəyirsinizsə, bizdə sizə uyğun məzun proqramları, təcrübə yerləri və iş imkanları var.


MƏZUNLAR VƏ TƏLƏBƏLƏR

İş axtar

Əgər siz Avropada hansı iş imkanlarının olmasını araşdırmaqda maraqlısınızsa, bizim geniş və mütəmadi olaraq yenilənən iş səhifələrimiz var.


AVROPADA İŞ

Bizim İnsanlarımız

Volvo avtomobilləri insanlar tərəfindən insanlar üçün hazırlanıb. Biz ehtiraslı, yaradıcı və cəsarətliyik - elə sizin kimi. Burada biz komandamızın iki üzvünün fikirlərini sizinlə bölüşmək istəyirik.

Nina Åberg, Səsə Nəzarət və Nitq Əlaqəsi

"Məqsədimiz odur ki, avtomobillə danışmaq bir insan ilə danışmaq qədər asan olsun"

Anders Bergstörm, Dizayner

]“Mən yeni Volvo XC90 ilə fəxr edirəm. Bu lüksun yeni səviyyəsidir. Siz Volvo avtomobilində özünüzü təhlükəsiz hiss edirsiniz və siz özünüzü material seçimləri ilə təhlükəsiz hiss edirsiniz."

İşəgötürən Mükafatları

Volvo Cars-ın dünyada ən yaxşı iş təminatçılarından biri kimi dünyada tanınması çox gözəldir. Bizi işçilərin şəxsi və karyera inkişafını təmin edən iş təminatçısı kimi tanıyırlar. Bu, bizə verilən mükafatlardan sadəcə bəziləridir:

- Volvo Cars "Ən yaxşı 50 cəzbedici şirkət" - Universum, 2013
- Volvo Cars Çin "Şanxayda ən yaxşı 30 işəgötürən 2013" - Zhaopin.com
- Volvo Cars Çin "Çində ən yaxşı 30 işəgötürən 2013" - Dajie.com




 

Volvo Cars-da qadınların aparıcı vəzifələrdəki payı (%) 2007-2013