Drive-E

Daha səliqəli sürmə üçün innovasiyalar

Əgər gücü, qənaətcilliyi və yolda üstün təcrübəni dayanıqlı sürmə ilə birləşdirə bilsəniz necə olardı?

Bizim yeni Drive-E tranmissiyamızın yeni nəsli daha az yanacaq sərfi və emissiya ilə sizə yol boyu həyəcanverici səfərdən həzz almağa imkan verrməklə buna nail olub.

Və bununla da bitmir. Drive-E dayanıqlıq üçün hərtərəfli öhdəlikdir. Bizim avtomobillərin materiallarından zavodlara qədər hər bir şey ətraf mühitə zərər vermədən hazırlanıb.

TRANSMİSSİYALAR

Güclü, kompakt, qənaətcil.

Bizim tam yeni Drive-E transmissiyaları dörd silindrli mühərrikin az yanacaq sərfiyyatı və emissiyasını, altı və ya səkkiz silindrli bir mühərrikinin idarəetməsi və performansı ilə birləşdirir. Nəticə: rahat, güclü sürmə və yanacaq doldurma məntəqəsində vaxt itirməmə.

HİBRİDLƏR

Sizin üçün daha yaxşı. Dünyamız üçün daha yaxşı.

Bizim dizel hibridimizlə və benzinlə işləyən Twin Engine hibridi ilə sürmə təcrübəniz sizin seçiminizdir. İstədiyiniz enerji növünü seçməklə sürmə rejimləri arasında asanlıqla seçim edin.

DİGƏR MƏLUMATLAR

CLEANZONE

Təmiz havanı içinə çək

CleanZone, avtomobilinizin interyer mühiti ilə bağlı olan yanaşmamızdır. Volvo salonun içinə daxil olan hava çirkləndiricilərini yoxlayan və lazım olan zaman klapanları bağlayan İnteryer Hava Keyfiyyəti Sistemini təklif edir. Aktiv karbon süzgəci də sizi zərərli qazlardan və xoşagəlməz iylərdən qoruyur və beləliklə siz asanlıqla, xoşbəxt və sağlam şəkildə nəfəs ala bilərsiniz.

ƏTRAF MÜHİT

Dayanıqlı gələcək yaradırıq

Volvoda biz ətraf mühitlə bağlı uzun-müddətli məsuliyyətimizi nəzərə almadan heç bir iş görmürük. Ona görə də biz enerjiyə qənaət edən avtomobillər istehsal edir, zavodları təmiz saxlayır və hər bir avtomobildə 85% emal olunan materiallardan istifadə etməklə ətraf mühitə olan təsiri azaldırıq.

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.