İNTELLİSAFE

Təhlükəsizlik standartları yenilənir, hər gün.

Bizim baxışımız: Heç kim 2020-ə qədər yeni Volvoda ciddi xəsarət almayacaq və ya tələf olmayacaq.

Bax biz təhlükəsizliyə belə ciddi yanaşırıq. Sürmə ilə bağlı funksiyalardan tutmuş, qəzaların qarşısını almaq və qəza baş verən zaman sizi qorumaq üçün olan funksiyalara qədər, İntelliSafe bizim sizə hara gedəcəyinizdən asılı olmayaraq gündəlik rahatlıq və sakitlik vermək vasitəmizdir.

DƏSTƏK VƏ QARŞISINI ALMA

GündƏlik sürmƏni daha hƏyacanlı etmƏk üçün

Biz sürməni sadələşdirmişik, biz onu yolun sizi hara aparmasından asılı olmayaraq asan və təhlükəsiz etmişik. Odur ki, rahat oturun və sürməkdən həzz alın.

CITY SAFETY

ŞƏhƏrdƏ sürƏn zaman nƏzarƏti sizin ƏlinizƏ verir.

Yol hərəkəti ani olaraq dayandıqda, City Safety, yəni Şəhərdə Təhlükəsizlik funksiyası köməyinizə gəlir, əyləci daha çevik edir və ya əgər reaksiya göstərmək üçün heç vaxt yoxdursa, o zaman avtomatik əyləc işə düşür.

MÜHAFİZƏ

HƏr cƏhƏtdƏn tƏhlükƏsizlik

Yolda gözlənilməz hadisələr baş verir, ona görə də biz qəza olacağı halda sizi mümkün qədər qorumaq üçün funksiyalar icad etmişik.

AVTOPİLOT

Sakit, tƏhlükƏsiz vƏ sƏhmanlı şƏkildƏ sƏyahƏt edin

Özü gedən maşın Volvo Cars-da fantastika hesab olunmur. Tezliklə, sizin Volvo sükanı idarə edə, sürət yığa və əyləci basa biləcək, sizi təhlükəsiz və səmərəli şəkildə mənzilə çatdıracaq - siz isə yol gedən zaman ürəyiniz istəyən işlərlə məşğul ola bilərsiniz

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.