İsveç mƏhsulu

Həmişə insanları düşünərək.

İsveçdə, insanlara qayğı bir prioritetdir. Hər kəs vacibdir - bütün həyatlar vacibdir - və bu amil həmişə Volvonun avtomobil istehsalı mədəniyyətinə təbii şəkildə daxil olub. Sürücü, sərnişin və avtomobilin ətrafında hər kəsə qarşı olan bu diqqət həmişə Volvonu müəyyən edən amillərdən olub. Və həmişə də olacaq.

Dəyişiklik üçün katalizator

Amerikadakı mühəndislər, 1976-cı ildə Volvonu sınaqdan keçirəndə, onlar elə düşünüblər ki, avadanlıq sıradan çıxıb, çünki emissiya göstəricisi çox aşağı idi. Amma Volvo o zaman dünyanın ilk üç tərəfli katalizini (Lambda Sond) quraşdırmış və zərərli qazların emissiyasını 90 faiz azaltmışdı. Biz bunun dünya üçün nə qədər əhəmiyyətli olduğunu başa düşərək patenti açıq saxladıq. Bu gün, dünyadakı demək olar ki bütün mühərriklər ondan istifadə edir.

Bir milyon həyat

Sizi təhlükəsiz saxlamaq daim Volvo-nun missiyası olub. Volvo mütəxəssisi Nils Bohlin üç yerən bərkidilən təhlükəsizlik kəmərini 1959-cu ildə təqdim edəndən bəri sadə bir kəmər təxminən bir milyon insanın həyatını xilas edib. O zamandan bəri biz daim innovasiya yolunu seçmişik - arxadan zərbənin yaxın olduğunu təxmin edən zaman öz-özünə sıxılan dünyada ilk oturacaq kəmərlərinin istehsalı da bura daxildir.

Materialı seçmə istedadı

Əl ilə xüsusi seçilmiş ağcaqayın nümunələrinin istifadəsi, Volvoda ən yaxşı və ən münasib materialların istifadəsini təmin etmək üçün göstərdiyimiz fədakarlıqdır. Ən gözəl nümunələri tapmaq həmişə çətin olub, amma biz uzun yol getməyə hazırıq.

Volvo Ocean Race

Volvo Ocean Race qocaman dənizçilər və yeni öyrənənlər üçün dünya ətrafında inanılmaz macəranı bölüşmək şansıdır. Ona görə də yarışı izləyin və öz sevimli komandanızı dəstəkləyin çünki bu "öncə insan" yarışıdır.

DİGƏR MƏLUMATLAR

Dünyada ilklər

Volvo Cars-da biz dünyanın ən qabaqcıl avtomobil markalarından olduğumuzu hər gün sübut edirik. Və bizim innovasiya əhvalatımız davam edir, bir çox ilklərə imza atmışıq - onların hamısı sizin həyatınızı daha asan, təhlükəsiz və xoş etmək üçündür.

DİGƏR MƏLUMATLAR

Thomas Ingenlath-ın Volvonun dizayn dili haqqındakı fikirləri

"İnsanlar həqiqətən Volvo avtomobillərinin həmişə malik olduğu güclü və ənənəvi cizgiləri təqdirlə qarşılayırlar. Bu, avtomobilin formasında nəzərə çarpan bariz həqiqətdir."

Robin Page, İnteryer Dizaynı üzrə Direktor

"İnteryer elə gözəl işlənmişdir ki, siz ona minən zaman o, sizdə qeyri-adi hisslər oyadır. Bizim dizaynımız İsveç dizayn prinsiplərinə sadiqdir və Volvonu Volvo edən də elə budur."

Volvonun arxasındakı insanlar

Mühəndis

Stefan Sallqvist, Məhsul üzrə menecer

"2014-cü il Model ili üz dəyişikliyi üçün, mükəmməl nəticə əldə etmək üçün biz özümüzü sınağa çəkdik. Volvoda proqram çərçivəsində dünyanın müxtəlif yerlərindən olan müştərilərlə yaxın bir dialoq qurduq. Son mərhələdə bizə siqnal gəldi ki, yeni görünüş müştərilərimizi o qədər də həyəcanlandırmadı, biz onlara qulaq asdıq və üz dəyişikliyini təkrar etdik. Onu həqiqətən də etməyə dəyərdi, çünki ictimaiyyətin reaksiyası fantastik oldu."

İstehsal işçisi

İrina Colceag, İstehsal

"Əgər bizim problemimiz varsa, bütün komanda ona daha necə yaxşılaşdırmaq barədə danışır. Əgər hər kəs bir yerə yığılıbsa, o zaman hər kəs özünü yaxşı hiss edir və siz daha yaxşı nəticələr əldə edə bilərsiniz. Problem olan zaman komandanın necə reaksiya göstərməsi, hər kəsin bir-biri ilə ünsiyyət qurmasını görmək həqiqətən xoşdur - bu həmçinin istehsal etdiyimiz avtomobillərin keyfiyyəti üçün də yaxşıdır."

Layihə lideri

Markus Rothoff, Drive Me Layihə lideri

"Mən uşaq olanda, avtomobil azadlıq simvolu idi. Amma indi, avtomobil sürmək səni ətrafdan təcrid edir. Biz onu dəyişmək istəyirik. Biz sürücülərin öz vaxtlarını mümkün qədər ən məhsuldar keçimələrinə və müasir həyatın sürəti ilə ayaqlaşmalarına kömək etmək istəyirik. Drive Me-nin məqsədi bütün özü gedən avtomobilləri adi sürücülərə təqdim etmək və onlar yolda olarkən vaxtlarını ən səmərəli şəkildə istifadə etmələrinə kömək etməklə kömək etməkdir.

Zavodlar və ətraf mühit

Yaşadığımız dünyaya qayğı hər zaman Volvo Cars-ın qarşısına qoyduğu öhdəliklərdən olub - buraya avtomobillərimizi hazırladığımız zavodlar da daxildir.

DİGƏR MƏLUMATLAR

Bizim dayanıqlı biznesimiz

Volvo Cars-da dayanıqlılıq, yaşayan, təkamül edən prosesdir və bizim etdiyimiz hər bir işin mərkəzində o dayanır. Biz cəmiyyətdəki rolumuzla fəxr edirik və bu gün gələcəyin çağırışlarına cavab verərək bir addım öndə olmağa çalışırıq. Dayanıqlılıq ətrafdakı insanlar və yaşadığımız dünya qarşısındakı öhdəliyimizdir və bu anlayışın biznes imkanları yaratdığına və bizim rəqabətliyimizi artırdığına inanırıq.