Zavodlar və Ətraf mühit

Fundamental dəyərlərimizin canlı sübutu.

Bizim istehsal dəyərlərimiz

Yaşadığımız dünyaya qayğı hər zaman Volvo Cars-ın qarşısına qoyduğu öhdəliklərdən olub - buraya avtomobillərimizi hazırladığımız zavodlar da daxildir.

Bizim istehsal zavodlarımız sadəcə zavod deyillər. Onlar bizim keyfiyyət, təhlükəsizlik və ətraf mühitlə bağlı məsuliyyətimizin canlı sübutudur.

Ətrafda nə baş verir

Bugün, yenidən emal gündəlik həyatımızın vacib bir hissəsidir. Volvo üçün də həmçinin: biz bütün ehtiyat hissələrimizin 15 faizini orijinalı ilə eyni keyfiyyətdə yenidən istehsal edirik. Və istehsal zamanı 85% daha az xammal və 80 faiz daha az enerji istifadə edildiyindən, bu ətraf mühit üçün də yaxşı xəbərdir.

Ətraf mühitə daha az zərər

Volvoda, biz elə bir dünya arzulayırıq ki, mümkün qədər ətraf mühitə az ziyan dəysin. Ona görə də bizim Avropadakı zavodlarımız tamamilə bərpa olunan enerji ilə işləyir. Hidro-elektrik və ya külək enerjisi ilə işləməsindən asılı olmayaraq, o iqlimə az zərər vurduğuna görə sertifikat almışdır.

Bütün dünyada mövcud olan ən yüksək standartlar

Keyfiyyət elə bir şeydir ki, biz sizin bu barədə güzəştə getməyinizi gözləmirik, çünki biz də eynisini edirik. Bu səbəbdən həmişə biz İsveçdən Belçikaya və Çinədək bütün dünyada olan zavodlarımızda davamlı olaraq tətbiq edilən ən yüksək istehsal keyfiyyəti standartlarına əməl edilməsində daim təkid edirik.

Komanda vaxtı

Yaxşı komanda işi həmişə ən yaxşı nəticələri verir. Volvoda biz bilirik - çünki biz onilliklərlə belə işləmişik. Bütün təşkilat daxilində ilham almaq, daha səmərəli olmaq və keyfiyyəti yaxşılaşdırmaq üçün komanda şəklində çalışırıq. Nəhayət etibarı ilə bu daha yaxşı avtomobil və sizin üçün daha yaxşı xidmət deməkdir.

Təmiz zavodlar

Siz zavodu mümkün qədər necə təmiz edə bilərsiniz? Volvo Cars-ın bir sirri var. 1991-ci ildə Torslandadakı zavodda boya bölməmiz dünyada ən təmiz, ətraf mühitə, hər avtomobilə görə ən az zərərli birləşmələri buraxan boyaq sexi idi.