DƏbdƏbƏyƏ baxIşImIz

The Swedish way to a better life.

Volvolar həmişə inkişaf edir və get-gedə daha təkmil olur, amma diqqətimiz həmişə sürməni mümkün qədər daha asan və zövqlü etməkdir. Bəli, işləri belə asan etmək çətin məsələdir və əlavə etmək əvəzinə çıxartmaq üçün özünə inam lazımdır. Amma bu ona dəyər. Həyat kifayət qədər qəlizdir.

Sizin maşınınız, sizin xidmətinizdə

Bizim avtomobillərimiz sizin həyat tərzinizə uyğunlaşmaları, sizin həyatınızı daha asan etmələri ilə tanınırlar. Məsələn biz, insanlara öz avtomobillərini məhsul qəbulu yeri kimi istifadə etməyə imkan verən bir sistem sınaqdan keçirmişik. Belə ki, siz artıq öz mallarınızın avtomobilinizə təhlükəsiz şəkildə çatdırılmasını sifariş edə bilərsiniz. Bu, sizin Volvonuzu həyatınızın bütün aspektlərinə bağlı etmək arzumuzun bir hissəsidir - biz bu missiyaya hələ çoxdan SOS sistemimiz, Volvo On Call ilə başlamışıq.

O vaxt ki, az daha çox deməkdir

Yaşadığımız dünyaya qayğı göstərmək Volvo Cars-ın mahiyyətindədir. Bizim Drive-E transmissiyalarımız kiçik və yüngül çəkilidir, ona görə də onlar daha az yanacaq sərfi ilə daha böyük transmissiyaların gücünü təqdim edir. Bu o deməkdir ki, bizim avtomobillərimiz daha az zərərli qazları havaya buraxır və təbii resurslardan daha yaxşı istifadə edir.

Yaxşı formada

Avtomobillərimizin interyerindəki hər bir təfərrüata olan diqqətimiz, səth keyfiyyəti və estetikadan da uzağa gedir - biz avtmobillərimizin sağlam, sakitləşdirici və hər bir mənada lüks mühit olmasını istəyirik. Ona görə bizim, Volvonun daxilindəki hisslərin İsveç mehi kimi təravətli olması üçün "ətir komandamız" da var.

Nəzarətin sizin ixtiyarınıza verilməsi

Siz Volvo On Call mobil proqramının yeni nəslində nəyi görmək istəyirsiniz? Bu, bizə öz fikirlərini bildirmək üçün dəvət etdiyimiz minlərlə insana verdiyimiz sualdır. Çoxları, həyatlarını sadələşdirmək və nəzarətdə saxlamaq üçün daha çox intuitiv xüsusiyyətlərin olmasını istədiklərini bildirdilər. Buna görə də biz sizə avtomobilinizdən park yeri tapmaq və ödəniş etmək imkanı verən böyük bir təklifi nəzərə aldıq.

Üç illik marketinq araşdırması qrupu

Volvoda biz marketinq araşdırması qrupu ideyasını dəyişdirməklə məşğul olmuşuq. Yeni Volvo XC90-nı yaradanda biz, məsələn, insanlarla sadəcə bir həftə və ya bir ay söhbət edərək vaxt keçirmədik. Əslində biz, Kaliforniyadan olan önəmli rəyə malik 5 şəxslə tam üç il vaxt keçirdik ki, onların lüks SUV-dan gözlədiklərini dəqiqliklə öyrənə bilək. 

Arxaya söykənin, rahatlanın və sürüşdən həzz alın

Hər gün avtomobil idarə etdiyniz zaman yaranan stresi sizin həyatınızdan çıxarmaq yaxşı olmazdımı? Bizim gələcək üçün nəzərdə tutulan müstəqil sürüş proqramımız ondan ibarətdir ki, avtomobil sizə digər işlərinizə diqqət yetirməyə imkan verməklə, sürüşə nəzarət edə biləcək. Bu həmçinin daha təhlükəsiz olacaq və yanacağa qənaət edəcək.

Üç yeni konsepsiya modeli

2013/14-cü ildə 3 çox əhəmiyyətli yeni konsepsiya avtomobilləri istehsal olundu. Onların hər biri Volvonun gələcək dizayn istiqamətini yenidən müəyyən etdi. Sadəlik, funksionallıq və gözəllikdən ilham alaraq onlar Skandinaviya dizaynını təcəssüm etdirirlər. 

Bütün üç konsepsiya mükəmməl şəkildə eyni müstəvidə bir çox müxtəlif dizaynlara imkan verən Volvonun yeni Ölçülə Bilən Məhsul Memarlığı anlayışını əks etdirirlər.

Və onların hər birinin özünə məxsus vurğusu var: Concept Coupé bizim yeni dizayn azadlığımızı, Concept XC Coupé yeni təhlükəsizlik ideyalarını və Concept Estate nəzarət düymələrini və məlumatı intuitiv və asan istifadə etməyə imkan verən tək toxunuşlu nəzarət paneli qurmaq imkanını yaratdı. 


Konsepsiya avtomobillərimizin yüksək qiymətləndirilməsi

Bizim yeni dizayn istiqamətimizin qiymətləndirildiyini bilmək çox yaxşıdır - konsepsiya avtomobillərimizin hamısı yüksək beynəlxalq mükafatlara layiq görülüblər.

Sadəliyə riayət

Bizim müştərilərimiz bizə daha az düymə və daha təmiz ön panel istədiklərini dedikdə biz həmin istəyi nəzərə aldıq. Tam yeni XC90-da, məsələn, ön paneldəki düymələrin saynı 42-dən 8-ə endirdik. Bu təkcə gözəl görünmür, həmçinin düymələrin istifadəsini daha intiuitiv edir.