Qanuni xəbərdarlıq
Bu internet səhifəsindəki bəzi məlumatlar səhifə hazırlandıqdan sonra baş vermiş hər hansı bir məhsul dəyişiklikləri səbəbi ilə doğru olmaya bilər. Qeyd olunan və ya göstərilən bəzi təchizatlar ola bilsin ki, yalnız müəyyən ölkələrə aid olsun və ya müəyyən qiymətə əldə olunsun. Odur ki, hər hansı bir sifarişi reallaşdırmadan öncə Volvo nümayəndəsindən ən son məlumatları əldə edin. İstehsalçı firma hər an xəbər vermədən qiymətləri, rəngləri, avadanlıqıarı, spesifikasiya və modelləri dəyişmək hüququna sahibdir. Veb səhifə Azərbaycan Respublikası qanunlarına görə yaradılmış və istifadə edilməkdədir. İnternet səhifəsi ilə bağlı hər hansı bir problemin həllinə Azərbaycan Respublikası qanunları çərçivəsində baxılacaqdır..
Bu internet səhifəsindəki məlumatlarda texniki səhvlər və ya digər xətaların olması mümkündür və hər zaman əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
Məsuliyyətin məhdudlaşdırılması
Volvo, bu İnternet səhifəsində verilən məlumatların doğruluğuna və ya informasiyanın əksikliyinə cavabdeh deyildir. Operativ və geçərli məlumatlar üçün yaşadığınız ərazidəki səlahiyyətli nümayəndə ilə əlaqə saxlayın.
Rəylər, suallar və təkliflər
Göndəriləcək hər hansı bir məlumat, fikir və ya təklifə gizlı və kimisnə mülkiyyətinə aid olmadığı nöqteyi nəzərindən baxılacaqdır. Hər hansı bir məlumatı Volvo ya göndərməklə onu Volvoya geri alınmaz bir şəkildə vermiş olursunuz və məlumatın dəyişdirilərək istifadəsinə, paylaşılmasına və s. müdaxilə etmək hüququnu itirirsiniz.
İnternet səhifəsində istifadə olunan proqram təminatı
İnternet səhifəsində istifadə olunan butün proqram təminatının (kodlar, skriptlər, flaş, audio və video kontentlər) müəlliflik hüquqları Volvoya və ya onun rəsmi dilerlərinə aiddir. Bu səhifədə yayımlanan bütün kontent qorunmaqdadır və ticari istifadəsi və paylaşmaq məqsədi ilə kopyalanması, kodları dəyişdirilərək və ya eyni ilə digər internet səhifələrində istifadəsi qadağandır.