Müştərilərə dair məxfilik siyasəti

Əhatə dairəsi və məqsəd

Bu strategiya Volvo Car Group ("Volvo Cars" və ya "biz" kimi istinad edilən) tərəfindən müştərilərə məxsus şəxsi məlumatların emalına tətbiq edilir.

Bu strategiyamızın məqsədi cari, keçmiş və potensial müştərilərimizin (birlikdə "müştəri" və ya "siz" deyə istinad etdiyimiz) aşağıdakılar barədə ümumi məlumatlılığını təmin etməkdən ibarətdir:

- Şəxsi məlumatlarınızı topladığımız və emal etdiyimiz şərait;

- Topladığımız şəxsi məlumatların növləri;

- Şəxsi məlumatlarınızın toplanması səbəbləri; və

- Şəxsi məlumatlarınızla necə rəftar edirik.

Öhdəlik

Şəxsi məlumatlarınızın emal edilməsi sizə göstərdiyimiz xidmətlərin və təqdim etdiyimiz məhsulların mühüm hissəsini təşkil edir. Bizi özünüz haqqında şəxsi məlumatlarla təmin edərək, bizə göstərdiyiniz etimadı yüksək qiymətləndiririk və məxfiliyinizin qorunmasını təklif etdiyimiz xidmətlərin mühüm hissəsi hesab edirik.

Müştəri dəyərliliyini artıran zaman və gücləndirilmiş və daha təhlükəsiz sürmə təcrübəsi təklif edən zaman şəxsi məlumatlarınızı qorumaq üçün biz aşağıda verilmiş beş başlıca prinsipə əməl edirik.  

Seçim azadlığı

Şəxsi məlumatlarınız sizə məxsusdur. Məxfilik barədə prioritetlərinizlə bağlı hər hansı ehtimallar etməməyə çalışırıq və xidmətimizi elə tərtib edirik ki, şəxsi məlumatlarınızı bizimlə bölüşüb bölüşməmək barədə seçimi siz özünüz edəsiniz.

Maraqlar balansı

Şəxsi məlumatlarınızın qanuni maraqlar çərçivəsində emal edilməsi zərurəti yaranarsa və bu maraqlar barənizdəki məxfiliyin qorunmasından daha önəmli xarakter daşıyarsa, biz sizin razılığınız olmadan müəyyən məlumatları emal edə bilərik. Daha ətraflı məlumat almaq üçün aşağıda verilmiş "Razılıq" bölməsini nəzərdən keçirin.

Biz belə bir qanuni marağın müştərilərimizin və ictimaiyyətin əldə edəcəyi potensial faydalara (o cümlədən təhlükəsizliyinə) əsasən mövcud olub olmadığını qiymətləndirəcəyik.

Proporsionallıq

Volvo Cars müştəriləri barədə yalnız toplandığı məqsədə uyğun olaraq adekvat, müvafiq və lazım olandan çox olmayan şəxsi məlumatları emal etməyə çalışır.

Funksiya və ya xidmət anonim olaraq təqdim edilən məlumatlar əsasında əldə edilə bildiyi halda, şəxsi məlumatlarınızı anonim saxlamaq niyyətindəyik. Əgər biz anonimləşdirilmiş və ya qeyri-şəxsi məlumatları sizin şəxsi məlumatlarınız ilə birləşdirsək, bu, belə şəkildə olduğu müddətcə, sizin şəxsi məlumatlarınız hesab olunaraq qalacaqdır.

Şəffaflıq

Tələb edildiyi təqdirdə, Volvo Cars müştərilərini daxili direktivlər və təlimatlardan götürülən cıxarışlarda olan şəxsi məlumatlarınızın bizim tərəfimizdən emalı ilə bağlı əlavə informasiya ilə təmin edəcək.

Qanuna uyğunluq

Fəaliyyət göstərdiyi hər bir ölkədə məxfiliyi və məlumatların qorunmasını tənzimləyən mövcud qanunlar, qaydalar və təlimatlara əməl etmək Volvo Cars-ın siyasətidir. Lazım gəldiyi təqdirdə, şəxsi məlumatlarınızın tərəfimizdən aparılan emalını qanunun tələblərinə uyğun şəkildə bu siyasətdə verildiyi kimi tənzimləyəcəyik.

Faydalı izahlar

Bu strategiyamızda istifadə edilən aşağıdakı terminlərin mənası, şəxsi məlumatların emalı və belə məlumatların sərbəst hərəkəti ilə bağlı fiziki şəxslərin müdafiəsi haqqında Aİ Direktivi 95/46 EC-də müəyyən edilən mənalarla eynidir. Müvafiq olaraq:

"Məlumatlar üzrə nəzərətçi" təkbaşına və ya digərləri ilə birgə şəxsi məlumatların emal edilməsi məqsədlərini və vasitələrini müəyyən edən fiziki və ya hüquqi şəxs, dövlət hakimiyyət orqanı, təşkilat və ya hər hansı başqa orqan deməkdir;

"Məlumatları emal edən şəxs" nəzarətçinin adından şəxsi məlumatları emal edən fiziki və ya hüquqi şəxs, dövlət hakimiyyət orqanı, təşkilat və ya hər hansı başqa orqan deməkdir;

"Şəxsi məlumatlar" müəyyən və ya müəyyən edilə bilən fiziki şəxsə ("məlumat subyekti") aid hər hansı məlumat deməkdir; müəyyən edilə bilən şəxs dedikdə birbaşa və ya dolayı, xüsusilə də eyniləşdirmə nömrəsinə və ya fiziki, fizioloji, əqli, iqtisadi, mədəni və ya sosial kimliyi kimi, daha çox spesifik amillərə istinadən müəyyən edilə bilən şəxs nəzərdə tutulur;

"Emal edilmə" dedikdə şəxsi məlumatlar üzrə toplama, qeydə alma, təşkil etmə, saxlama, uyğunlaşdırma və ya dəyişdirmə, geri götürmə, məsləhət vermə, istifadə, ötürülmə vasitəsilə açıqlanma, yayılma və ya digər formada təqdim edilmə, tarazlaşdırma və ya birləşdirmə, məhdudiyyət qoyma, pozma və ya dağıtma formasında olan, istər avtomatik istərsə də qeyri-avtomatik vasitələrlə həyata keçirilən hər hansı bir əməliyyat və ya əməliyyatlar toplusu nəzərdə tutulur; və

"Həssas şəxsi məlumatlar" dedikdə irqi və ya etnik mənşəyi, siyasi düşüncələri, dini və ya fəlsəfi inancları, həmkarlar ittifaqlarına üzvlük haqqındakı şəxsi məlumatların açıqlanması, eləcə də səhhət və cinsi mənsubiyyət barədə məlumatların emal edilməsi nəzərdə tutulur. 

Məlumatların toplanması

Avtomobilin içərisində və ya kənarda və ya Volvo Cars ilə digər təmas halında, məsələn, internet səhifəmiz və ya müştəri mərkəzlərimiz vasitəsilə Volvo Cars-a məxsus xidmətlərdən istifadə edən zaman özünüz və ya avtomobiliniz haqqında bizi məlumatla təmin edə bilərsiniz. Biz bu kimi məlumatları həm də rəsmi dilerlərimiz və təmir mərkəzlərimiz, eləcə də başqa üçüncü şəxslər vasitəsilə əldə edə bilərik. Belə məlumatlara ("Müştərinin verdiyi şəxsi məlumatlar") aşağıdakılar aid ola bilər:

- Əlaqə məlumatlarınız (ad, ünvan, telefon nömrəsi, e-poçt ünvanı və s.);

- Demoqrafik məlumat (yaş, ailə vəziyyəti, ailə tərkibi, və s.)

- Nəqliyyat vasitəsinə dair məlumat (nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi (NVEN), modeli, alınma tarixi, xidmət tarixçəsi və s.)

- Fəaliyyətiniz nəticəsində yaranmış yerləşmə yerinə dair məlumatlar (naviqasiya köməyi, axtarış sualları, yerləşmə yerinin paylaşılması, və s.)

- Tərəfinizdən bizim məhsulları və xidmətləri satın almağınıza və istifadə etməyinizə dair məlumatlar (müştərinin istəkləri və parametrləri, satınalma tarixçəsi, Volvo İD, MyVolvo, və sair)

Sizin nəqliyyat vasitəniz həmçinin birbaşa sizə aidiyyəti olmayan məlumatları, əsasən də texniki xüsusiyyətlərə dair avtomobil və onun ətrafında baş verənlər barədə avtomatik olaraq məlumatlar toplayacaq. Belə məlumatlar ("Avtomobilin qeydə aldığı məlumatlar") adətən nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi ilə (NVEN) əlaqəlidir və buna görə də sizinlə əlaqəli ola bilər. Avtomobilin qeydə aldığı məlumatlara aşağıdakılar daxildir:

- Təhlükəsizlik barədə məlumat (təhlükəsizlik yastıqları və ya kəmər dartıcılarının açıq olub olmaması, qapılar və pəncərələrin qapalı və ya açıq olması, və s.)

- Sistemin funksional vəziyyəti (mühərrikin, drosselin, sükanın idarə edilməsinin, əyləclərin və s. vəziyyəti);

- Avtomobilin idarə olunmasına dair məlumatlar (avtomobilin sürəti, əyləc və qaz pedalından istifadə, sükanın hərəkəti və s.);

- Yerləşmə yerinə dair məlumatlar (qəza baş verən zaman avtomobilin vəziyyəti və s.); və

- Avtomobildən ətrafda baş verənlərə dair məlumatlar (avtomobilin xaricindəki temperatur, görüntü və s.)

Avtomobilin qeydə aldığı məlumatlara dair informasiya həmçinin avtomobil sahibinin təlimat kitabında öz əksini tapır.

Mövcud qanunların tələblərinə uyğun olaraq, həssas şəxsi məlumatlar toplanılarsa və emal edilərsə və bu kimi hallar baş verən zaman, biz xüsusilə diqqətli olur və əlavə tədbirlər görürük. Mümkün olduğu qədər, şəxsi eyniləşdirmə nömrələri və kredit kartı nömrələri Volvo Cars tərəfindən qorunub saxlanılır, belə informasiya da həssas informasiya hesab edilir. O da qeyd olunur ki, şübhəyə əsas verməmək üçün, tətbiq olunan qanunlar habelə digər növ məlumatlarla da həssas şəxsi məlumatlar kimi rəftar edilməsini tələb edə bilər. Tətbiq edilən qanunlar həmçinin müəyyən ölkələrdə yerləşmə yerinə dair məlumatların emalı prosesinin mümkünlüyünü məhdudlaşdıra bilər.

Bildiriş

Praktik olduğu təqdirdə və tətbiq edilən qanunların tələbinə uyğun olaraq, biz şəxsi məlumatlarınızı toplayan və ya qeydə alan zaman sizə (i) şəxsi məlumatlarınızın emal edilməsi məqsədləri barədə spesifik informasiyanı, (ii) məlumatlara məsul nəzarətçinin kimliyi barədə məlumatı, (iii) məlumatların açıqlana biləcəyi hər hansı üçüncü şəxslərin kimlikləri barədə məlumatı, (iv) və hüquqlarınızı qorumaq iqtidarında olduğunuzu təmin etmək üçün lazım ola biləcək digər məlumatı verəcəyik.

Yuxarıda verilmiş məlumat avtomobil alarkən, avtomobilin informasiya-əyləncə sistemi vasitəsilə, Volvo Cars tərəfindən hazırlanan mobil telefon proqramları ilə, www.volvocars.com -internet ünvanında, və ya sizin Volvo Cars ilə imzaladığınız razılaşmada sizə verilə bilər.

Razılıq

Praktiki olaraq mümkün olan zaman və ya tətbiq olunan qanunun tələbinə uyğun olaraq biz şəxsi məlumatlarınızı toplamazdan və ya istifadə etməzdən öncə sizin razılığınızı alacağıq. Sizin razılığınızı almaq üçün edilən xahış aydın şəkildə ifadə olunacaq və sizə qərar verməkdə kömək olacaq əsas komponentlə sizi təmin edəcəkdir. Məsələn, aşağıda verilmiş "İnformasiya və Giriş" bölməsində göstərilən ünvanda Volvo Cars ilə əlaqə saxlamaqla və ya xüsusi bir xidməti dayandırmaqla razılığınızdan həmişə imtina edilə bilərsiniz.

Avtomobilin qeydə aldığı məlumatların toplanması və istifadəsi (i) texniklər üçün nəqliyyat vasitəsinə xidmət və texniki xidmət göstərən zaman avtomobildə ortaya çıxan nöqsanları diaqnostika etmək və onları aradan qaldırmaq; (ii) Volvo Cars-a məxsus məhsulların təkmilləşdirilməsi, məsələn nəqliyyat vasitəsinin keyfiyyəti və təhlükəsizlik parametrlərini gücləndirmək üçün; (iii) Volvo Cars tərəfindən zəmanət öhdəliklərinin idarə edilməsi və (iv) qanuni tələblərin yerinə yetirilməsi üçün lazım ola bilər.

Bu məqsədlər və Volvo Cars tərəfindən güdülən oxşar qanuni maraqlar üçün Avtomobilin qeydə aldığı məlumatların toplanması və istifadəsi zamanı, istisna hallar və ya tətbiq edilən qanunlar üzrə vacib olduğu hesab edilən digər hallar istisna olmaqla, biz adətən sizdən razılıq almırıq.

Volvo Cars-ın rəsmi dilerləri və təmir müəssisələri

Volvo Cars öz rəsmi dilerləri və təmir müəssisələri ilə bağladığı müqavilələrdə məlumatların qorunması prinsipinə əməl olunması ilə bağlı ciddi qaydaları xüsusilə vurğulayır. Lakin xahiş edirik nəzərə alasınız ki, Volvo Cars və onun rəsmi dilerləri və təmir müəssisələri ayrı fəaliyyət göstərən hüquqi şəxslərdir və ümumiyyətlə biz onların tətbiq olanan qanunlara əməl etməməsinə görə məsuliyyət daşımırıq. Əgər dilerinizin və rəsmi təmir müəssisəsinin şəxsi məlumatlarınızdan istifadəsinə dair suallarınız varsa, lütfən birbaşa həmin diler və ya müəssisə ilə əlaqə saxlayın. 

Üçüncü şəxsə aid tətbiq proqramları

Siz avtomobil ilə bağlı, lakin üçüncü şəxs tərəfindən təqdim edilən, tətbiq proqramları və digər xidmətlərdən istifadə edə bilərsiniz. Lakin həmin üçüncü tərəf, məsələn sizdən yerləşmə yeri və Avtomobilin qeydə aldığı məlumatların ona ötürülməsini tələb edə bilər. Volvo Cars üçüncü tərəfə məxsus tətbiq proqramlarında və ya xidmətlərində şəxsi məlumatların toplanması və istifadəsinə görə cavabdehlik daşımır və sizə tövsiyə edir ki, istifadə etməzdən əvvəl belə proqramlar və ya xidmətlər üzrə nəzərdə tutulan mövcud şərt və müddəaları (və məxfilik barədə hər hansı bildiriş ilə əlaqəli) diqqətlə nəzərdən keçirəsiniz. Əgər şəxsi məlumatlarınızın hər hansı bir üçüncü şəxs tərəfindən istifadəsinə dair sualınız yaranarsa, lütfən birbaşa həmin şəxslə əlaqə saxlayın.

Məlumatların istifadəsi

Volvo Cars-ın sizin və avtomobiliniz barədə topladığı şəxsi məlumatlar aşağıdakılar üçün istifadə olunacaqdır:

- Müəyyən satınalmalar və xidmətlər, eləcə də sizə təkmilləşdirilmiş təkliflər və təcürübələr təklif etmək üçün münasibliyinizi yoxlamaq daxil olmaqla, sizi məhsullar və xidmətlərlə təchiz etmək üçün;

- Məhsullarımız və xidmətlərimizdə olan yeniliklər və ya dəyişikliklər, o cümlədən bizim strategiyamız, müddəa və şərtlərimizdəki dəyişikliklərlə məhdudlaşmamaq şərti ilə, bu barədə sizi məlumatlandırmaq üçün.

- Sizi yeni məhsullar, xidmətlər və baş verən yeniliklər barədə məlumatlandırmaq üçün;

- nəqliyyat vasitəsinə dəstək və xidmətlər (zəmanət xidməti, geri çağırmaya dair məlumat və s.) göstərmək üçün;

- Məhsulun təkmilləşdirilməsi məqsədləri üçün, məsələn avtomobilin işləməsini, keyfiyyətini və təhlükəsizliyini yaxşılaşdırmaq üçün;

- Bizim müştərilər ilə olan əlaqəmiz və onlara etdiyimiz təklifləri dəyərləndirmək və təkmilləşdirmək üçün; və

- Qanunun tələblərinə əməl etmək.

Siz məlumatların emalına dair əksər fəaliyyətlər üzrə, sizin üçün nəzərdə tutulan parametrlərdə yeniləmə apararaq, xüsusi bir xidmətin göstərilməsinə xitam verərək və aşağıda verilmiş "Məlumat və Giriş" bölməsində göstərilən ünvanda Volvo Cars ilə əlaqə saxlamaqla, şəxsi məlumatlarınızın emal edilməsinə verdiyiniz razılığı geri götürərək və ya tərəfimizdən göstərilən digər yollardan yararlanaraq, sizə aid şəxsi məlumatların istifadə edilməsindən imtina edə bilərsiniz. Lakin, və tətbiq edilən qanunda başqa qayda nəzərdə tutulmayıbsa, ümumiyyətlə siz haqqınızdakı şəxsi məlumatların emal edilməsindən imtina edə bilməzsiniz.

- Avtomobilinizin qeydə aldığı məlumatların toplanması və əlavə emal edilməsi üzrə müəyyən fəaliyyətlər ilə bağlı (yuxarıda verilmiş "Razılıq" bölməsinə baxın);

- Hansını ki, sizə strategiyamızda, müddəa və şərtlərimizdə baş vermiş dəyişiklikləri və ya məhsulların geri çağrılması kimi vacib bildirişləri göndərmək üçün həyata keçiririk; və

- hansını ki, biz öz qanuni öhdəliklərimizə əməl etmək üçün həyata keçiririk.

Saxlanılma

Biz, şəxsi məlumatlarınızı yalnız bu strategiyamızda əksini tapan məqsədləri və ya hansısa şəkildə barəsində məlumatlandırıldığınız məqsədləri həyata keçirmək üçün özümüzdə saxlayacağıq.

Bu o deməkdir ki, siz bizə şəxsi məlumatlarınızı emal etməyə razılıq verdiyinz andan, verdiyiniz razılığa uyğun olaraq və /və ya siz razılığınızdan imtina edənə qədər, məlumatlarınızı özümüzdə saxlaya bilərik. Əgər siz verdiyiniz razılıqdan imtina etmişsinizsə, biz, bununla belə, öz hüquqi öhdəliklərimizə əməl etmək və hüquqi mübahisələr zamanı özümüzü müdafiə edə bilmək üçün tələb olunan müddət ərzində sizin şəxsi məlumatlarınızı özümüzdə saxlaya bilərik. Əgər biz məlumatların emal edilməsi üçün sizin razılığınızı ala bilməmişiksə, tərəfimizdən həmin məlumatlar yalnız qanunla icazə verilən müddət çərçivəsində saxlanılacaqdır.

Məlumatların keyfiyyəti

Şəxsi məlumatlarınızı emal etdiyimiz zaman biz onların yenilənmiş və səlis olmasından əmin olmağa çalışırıq. Biz dəqiq və tam olmayan şəxsi məlumatları silməyə və düzəlişlər etməyə çalışacağıq. Tərəfimizdən saxlanılan şəxsi məlumatlarınızın səlisliyindən əmin olmaq hüququnuz ilə bağlı daha ətraflı məlumat almaq üçün xahiş edirik aşağıda verilmiş "Məlumat və Giriş" bölməsinə baxın.

Məlumat və giriş

Yuxarıda verilmiş "Bildiriş" bölməsində göstərildiyi kimi, biz, şəxsi məlumatlarınızı toplayan və qeydə alan zaman sizi onların emal edilməsi ilə bağlı səciyyəvi məlumatla təmin edəcəyik.

İldə bir dəfə olmaq şərtilə (i) hansı şəxsi məlumatlarınızı emal etməyimiz, (ii) şəxsi məlumatların harada toplanması, (iii) məlumatların emal edilməsinin məqsədi və (iv) şəxsi məlumatların hansı alıcılar və alıcı kateqoriyaları ilə paylaşıldığı barədə məlumatları haqq ödəmədən tələb etmək hüququnuz var. Belə informasiyaya dair xahiş yazılı formada olmalı və şəxsən sizin tərəfinizdən imzalanmalıdır və adınız, ünvanınız və yaxşı olardı ki, e-poçt ünvanınız da həmin məlumatda öz əksini tapmış olsun. Sizin həmçinin bizdən haqqınızdakı hansı qeyri-dəqiq məlumatları düzəltmək, istifadə məhduduiyyəti qoymaq və silməyi istəmək hüququnuz var. Xahişlər aşağıdakı ünvana göndərilməlidir: Volvo Car Corporation, Kimə: İsveç, SE-405 31 Gothenburq, Məlumatların Qorunmasına Məsul Şəxs.

Sizin xahişinizə dərhal və lazımi şəkildə cavab veriləcəkdir. Şəxsi məlumatların silinməsi ilə bağlı xahişiniz tətbiq edilən qanunun tələbləri çərçivəsində olmalıdır. Əgər tətbiq edilən qanun belə bir tələbin yerinə yetirilməsi üçün inzibati haqqın ödənilməsini tələb edirsə, belə bir haqq Volvo Cars tərəfindən tətbiq edilə bilər.

Əlavə olaraq, siz MyVolvo hesabınızı aktivləşdirməklə, Volvo Cars tərəfindən saxlanılan, Müştəri tərəfindən verilən müəyyən şəxsi məlumatlarla tanış ola və öz məlumatınızı yeniləyə bilərsiniz.

Təhlükəsizlik

Şəxsi məlumatlarınızı təsadüfi və ya qanunsuz əməllərə, təsadüfi zərər və dəyişikliklərə, icazəsiz açıqlanmaya və ya istifadəyə və emal prosesində ola biləcək digər qanunsuz əməllərə qarşı qorumaq üçün Volvo Cars müvafiq texniki və təşkilati tədbirlərin görülməsinə çalışır. Məqsədimiz şəxsi məlumatlarınızı qorumaq üçün qəbul olunmuş tədbirlər və təhlükəsizlik səviyyəsinin təbii risklər və şəxsi məlumatlarınızın istifadəsi üzrə olan risklərə qarşı müvafiq olmasından sizi əmin etməkdir.

Üçüncü şəxsə verilən açıqlamalar

Volvo Cars şəxsi məlumatlarınızı aşağıdakı hallarda bölüşə bilər:

- Volvo Cars müəssisələri arasında;

- Sizə məhsul və xidmətlərlə bağlı təklifləri çatdırmaq və digər əlaqələrin saxlanılması məqsədilə Volvo Cars-ın rəsmi dilerləri və təmir müəssisələri ilə;

- Məlumatların emal edilməsinə dair sazişlərə uyğun olaraq (qanuna müvafiq şəkildə) Volvo Cars-a xidmət göstərən təchizatçlılar ilə;

- Digər biznes tərəfdaşları ilə sizə məhsul və xidmətlərlə bağlı təklifləri çatdırmaq və digər əlaqələrin saxlanılması məqsədilə və ya araşdırma və inkişaf məqsədləri üçün;

- Volvo Cars-ın müəssisənin və ya onun aktivlərinin satışı və ya transferi ilə bağlı;

- Qanunla tələb edildiyi üzrə, məsələn hökumət sorğusu, mübahisə və ya digər hüquqi prosedurlar və ya tələb ilə bağlı olaraq; və

- Biz, vicdanlı bir şəkildə, öz hüquqlarımızı qorumaqdan ötrü açıqlanmanın vacib olduğuna inadığımız zaman, məsələn bizim şərt və müddəalarımızın potensial pozuntuya məruz qaldığını araşdırmaq və ya dələduzluq yaxud digər təhlükəsizlik məsələlərini aşkara çıxarmaq, qarşısını almaq və ya üstünü açmaq üçün.

Volvo Cars-a məxsus müəssisə şəxsi məlumatlarınıza nəzarət edən tərəf kimi, bir qayda olaraq, yalnız əgər razılığınızı alıbsa, şəxsi məlumatlarınızı üçüncü tərəfə açıqlaya bilər. Bununla belə, sizin razılığınızın vacib olduğunu hesab etmədiyimiz hallarda və ya sizin razılığınız qanunla tələb olunmadığı zaman biz aşağıdakı məqamlarda şəxsi məlumatlarınızı razılığınız olmadan paylaşa bilərik:

- Məhsullarımızı və xidmətlərimizi təmin və inkişaf etdirmək və ya öz qanuni öhdəliklərimizi idarə etməkdən fərqli məqsədlər üçün emal edilən Avtomobilin qeydə aldığı məlumatlar;

- Volvo Cars sübyektləri arasında şəxsi məlumatllarınızın ötürülməsi;

- Daxili olaraq Volvo Cars-a xidmət göstərən təchizatçılara şəxsi məlumatlarınızın ötürülməsi;

- Məlumatların açıqlanmasının qanunla tələb edildiyi hallarda; və

- Belə açıqlamanın Volvo Cars tərəfindən gözlənilən qanuni maraq məqsədilə vacib olduğu hallarda (məsələn yuxarıda göstərildiyi kimi, öz qanuni hüquqlarımızı qorumaq üçün). 

Şəxsi məlumatlarınızı üçüncü tərəfə və ya Volvo Cars-ın subyektləri arasında açıqlayan zaman biz bu açqılama ilə bağlı əlavə qorunma tədbirlərinin görülməsinə ehtiyacın olub olmamasını qiymətləndirəcəyik (məsələn şəxsi məlumatların ölkələrarası ötürülməsi baş vermə ehtimalı olan zaman).

Bizim adımızdan məlumatların emal edilməsi

Bizim adımızdan şəxsi məlumatlarınızı emal etmək üçün məlumatları istifadə etməyə ehtiyacı olan və şəxsi məlumatlarınızı təhlükəsiz və məxfi saxlaması müqaviə ilə tənzimlənən Volvo Cars-ın işçilərinə və təchizatçılarına şəxsi məlumatlarınıza giriş imkanlarını məhdudlaşdırırıq. Biz şəxsi məlumatlarınızı üçüncü tərəfə açıqlamadan bütöv olaraq qoruyub saxlayan məlumat emalı xidməti seçimindən istifadə etmək niyyətindəyik.

Marketinq

Sizin razılığınız olmadan biz şəxsi məlumatlarınızı üçüncü tərəflərə satmırıq və mübadilə etmirik.

Biz sizin razılığınız olmadan şəxsi məlumatlarınızı marketinq məqsədləri ilə üçüncü tərəflərlə bölüşməyəcəyik. Əgər siz belə bir razılıq vermiş olsanız, lakin üçüncü şəxs tərəfindən verilən marketinq materiallarının alınmasını dayandırmağı arzulasanız, lütfən üçüncü tərəflə özünüz birbaşa əlaqə yaradın.

Biz sizi yeni məhsullar, xidmətlər, baş verən yeniliklər, və ya oxşar marketinq fəaliyyətləri ilə bağlı məlumatlandıra bilərik. Əgər siz hər hansı xüsusi e-poçt və ya oxşar yazışmalardan imtina etmək arzusundasınızsa, lütfən müvafiq yazışmadakı göstərişlərə əməl edin. Siz Volvo Cars ilə bağlı spesifik növ yazışmalardan imtina etmək və əvvəllər təqdim edilmiş məlumatlarda dəyişiklik etmək istəyirsinizsə, MyVolvo hesabınızdan istifadə edə bilərsiniz.

Vebsaytlar və kuki faylları

Müştərilərimizin istifadəsi üçün açıq olan Volvo Cars-a məxsus hər bir internet səhifəyə bizim kukilərdən necə istifadə etməyimizə dair onlayn məxfilik barədə bilidiriş və məlumat daxildir. Bəzi ölkələr üzrə həmçinin kukilərin qəbul edilməsi və onlardan imtina edilməsinə dair onlayn prosedur mövcuddur. Bizim kuki fayllarından necə istifadə etdiyimiz barədə daha ətraflı məlumat almaq istəyirsinizsə lütfən www.volvocars.com/intl/footer/Pages/cookies.aspx vebsayını ziyarət edin.

Biz sizi vebsaytlarımızı ziyarət edən zaman müvafiq bildirişlər və məlumatı nəzərdən keçirməyə və diqqətə almağa çağırırıq.

Dəyişikliklər

Volvo Cars bu strategiyada vaxtaşırı düzəlişlər etmək hüququna malikdir. Edilmiş ən son düzəlişin tarixi bu sənədin sonunda verilmişdir. Əgər biz bu strategiyada və sizin barənizdəki şəxsi məlumatların istifadəsində hər hansı dəyişilkik etsək, bu strategiyanın düzəliş edilmiş versiyasını təqdim edəcəyik.