Volvo On Call

Öz avtomobilinizi düyməyə bir dəfə toxunmaqla idarə edin.

Sizə lazım olan kömək

Sizin təkəriniz boşalıbsa, avtomobil sıradan çıxıbsa, və ya qəzaya düşübsünüzsə, biz sizə lazım olan köməyi istənilən yerə göndərə bilərik.

Rahatlıqla avtomobilinizi sürməyə davam edin

Volvo On Call mobil proqramı sayəsində öz smartfonunuzdan istifadə edərək avtomobilinizdəki havanı uzaqdan idarə edə bilərsiniz. Bu, Volvodakı kiçik gündəlik lükslərdən biridir.

Consierj xidmətləri

Bəzən hər birimizin kiçik də olsa yardıma ehtiyacı olur. Yolda yemək üçün bir yer axtarmaq və ya son ana saxladığımız otel və ya uçuş rezervasiyasını etmək kimi. Bizim Konsierj Xidmətləri ilə siz sadəcə Sifariş düyməsini sıxmaqla istədiyiniz vaxt bizim konsierjlərdən biri ilə əlaqə saxlaya bilərsiniz. (Yalnız Çində mövcuddur)

Uyğunluq

Volvo On Call mobil proqramından istifadə edə bilmək üçün sizin avtomobilinizdə, 2012-ci il və sonrakı illərin modellərində, istehsalçı tərəfindən quraşdırılan Volvo On Call olmalıdır. Volvonuzun modelindən asılı olaraq, mövcud funksiyalarda fərqlər ola bilər.

Dəstək

Əgər Volvo On Call proqramını işə salmaq, hesabınızı yaratmaq və ya hər hansı digər məsələ ilə bağlı köməyə ehtiyacınız olarsa, bizim dəstək bölməmizi ziyarət edə və orada sullarınıza cavab tapa bilərsiniz.

Volvo Avtomobillərinə Dəstək

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.