Biznes Sahələri

Volvo Cars-da, özünüzü göstərə biləcəyiniz bir sıra biznes sahələri var. Hansı karyera yolunu tutmağınızdan asılı olmayaraq, biz sizə meydan veririk.

Məhsul strategiyası və avtomobil xəttinin idarəetməsi

Siz yeni nəsil Volvo avtomobillərini hazırlayan komandanın bir hissəsi olmaq istəyərdinizmi? Bizim qlobal komandamızın məsuliyyəti erkən strateji iş ilə başlayır və avtomobilin bütün ömrü boyu davam edir. Qarşıda duran vəzifələrə məhsul planlaşdırması, proqram idarəetməsi, təkan və müstəvi strategiyası və eləcə də əməkdaşlıq strategiyası daxildir.

Dizayn

Markanın yaradılmasında dizayn həlledici bir hissədir - o, müştərinin istinad etdiyi xarakter və kimliyin əsasını təşkil edir. Avtomobillərimizin dizaynı güclü dizayn elementləri olaraq zəriflik, funksiya və xəttin səlisliyi ilə bizim Skandinaviya mənşəyimizdən təsirlənib. İstehlakçılar get-gedə daha çox marka anlayışına malik olurlar - sizin nə aldığınız sizin haqqınızda fikir formalaşdırır. Dizayn şöbəsi, ən həyəcanverici yeni avtomobillərin hazırlanması ilə bağlı Dizaynın missiyasını dəstəkləmək üçün birgə işləyən bir yaradıcı və bir də əməliyyat sahəsinə bölünmüş təxminən 150 adamın işlədiyi bölmədir.

Tədqiqat və İnkişaf

Sizi avtomobil dizaynı və qabaqcıl texnologiya maraqlandırır? Tədqiqat və İnkişaf şöbəsində həyəcanverici Volvo avtomobillərinin növbəti nəslinin istehsalına əsas töhfə verəcək şəxs sizsiniz. Dünyanın başqa yerlərindən gəlmiş mühəndislərlə birgə siz və sizin komandanız müştərilərimizin həyatını daha sadə və daha zövqlü edən insan yönümlü avtomobil texnologiyasını hazırlayacaqsınız.

Satınalma

Materiallar və xidmətlərin münasib qiymətdə, keyfiyyətdə və texnoloji səviyyədə təmin edilməsi Volvo Cars Group-un uğuru üçün vacibdir. Satınalma şöbəsində siz, dünya səviyyəli təchizatçı bazasını inkişaf etdirmək və saxlamaq missiyası ilə çalışan, şirkətin daxilində və xaricində bütün dünya ərazisində digər insanlarla birgə əməkdaşlıq edən komandanın bir parçası olacaqsınız.

İstehsal

Bizim qlobal istehsal komandamız sizi əmin edir ki, istehsal etdiyimiz avtomobillər müştərilərimizin ilk öncə bütün tələblərinə cavab verir və onların arzularını ötüb keçir. Volvo Cars-ın bütün dünyada yerləşən yığım və hissə zavodlarında biz təmiz və çevik istehsal texnologiyası ilə işləyirik - əsas diqqəti insanlar və davamlı inkişafa yönəltməklə.

Korporativ Kommunikasiyalar

Volvo Cars markası və onun məhsulları barədə məlumatlılığı və yaxşı anlayışları artırmaq məsuliyyətini üzərinə götürmüş qlobal kommunikasiya komandasının bir parçası olun. Biz jurnalistlərlə, onlayn yazarlar və qərar sahibləri ilə etibarlı əməkdaşlıqlar qururuq və Volvo Cars işçilərinin qlobal şəkildə daxili kommunikasiyasına görə məsuluq. Bizim komandamıza qoşulun və bütün mediada Volvo Cars barədə müsbət təəssürat yaratmağa kömək edin.

Marketinq, Satış və Müştəri xidməti

Bizim Marketinq, Satış və Müştəri Xidməti şöbəsindəki missiyamız istehlakçı ilə olan bütün təmas nöqtələrinin marka mahiyyətimiz olan "Sizin üçün dizayn edilmişdir" şüarını əks etdirməsini və digər bütün məhsulları həqiqətən lüks hissini aşılamasını təmin etməkdən ibarətdir. Bütün dünya üzərində marketinq kommunikasiyaları, müştəri ilə əlaqə, satış və xidmət daxil olmaqla Volvo Cars-ın bütün kommersiya fəaliyyətinə nəzarət edən qlobal komandasının bir hissəsi olun.

İnformasiya Texnologiyası (İT)

Volvo Cars-dakı bütün digər sahələrdə olduğu kimi, İnformasiya Texnologiyası (İT) sizin bacarıqlarınızı inkişaf etdirmək və bir peşəkar kimi yetişmək üçün üçün qabaqcıl imkanlar təklif edir. Dünyadakı digər biznes bölmələrində çalışan iş yoldaşları ilə yaxın əməkdaşlıq çərçivəsində siz və sizin komandanız şirkətin ümumi əməliyyatlarını dəstəkləyən İT innovasiyalarını yaradırsınız. Yekun etibarı ilə siz Volvo alan və sürən insanlara daha yaxşı şərait yaratmaq üçün çalışan komandanın bir hissəsisiniz.

Keyfiyyət və müştəri məmnuniyyəti

Keyfiyyət və Müştəri Məmuniyyəti bölməsində, biz Volvo Cars-ın bütün sahələrdə müştəri məmnuniyyətinə cavab verməsi üçün çalışırıq. Bunun baş verməsi üçün, biz şirkətin bütün sahələrini keyfiyyət və müştəri ilə bağlı olan alətlər, metodlar, proseslər, hədəflər və auditlərlə təmin edirik. Əgər siz müştərilər və keyfiyyəti hiss etmək barədə ehtiraslısınızsa, o zaman siz özünüzü burada evinizdə hiss edəcəksiniz.

Maliyyə

Bizim Maliyyə komandamız Volvo Cars-ın Korporativ Strategiyasında irəli sürülən hədəflərə çatmaq üçün biznes iş əmsalını yaxşılaşdırır. Dünyadakı digər iş yoldaşları ilə birgə siz və sizin komandanız maliyyə təcrübəsi, hesabat, planlaşdırma və təlimatlandırmanı təmin edir. Buarada siz digər bənzər insanlarla birgə öz peşəkar qabiliyyətlərinizi daha da təkmilləşdirə bilərsiniz.

Hüquq şöbəsi

Hüquq şöbəsində biz çətin beynəlxalq biznes mühitində fəaliyyət göstərir, Volvo Cars-ın öz biznes hədəflərinə çatmasına dəstək verir, onun korporativ maraqlarını müdafiə edir və hüquqi riskləri minimuma endiririk. Sizin hüquq təcrübəniz kommersiya hüququnun bütün sahələrində Volvo Cars-ın digər biznes bölmələrini və digər işçi heyəti funksiyalarını dəstəkləməyə kömək edəcək - Volvo-dakı bütün digər biznes sahələrində olduğu kimi, sizin həm də bir peşəkar kimi inkişaf etməyiniz üçün əla imkanlarınız olacaq.

Əqli Mülkiyyət

Volvo Cars-ın dünyadakı mövqeyi böyük ölçüdə bənzərsiz məhsullar və innovasiyalar təklif etməsindən və funksional və ya emosional üstünlük təmin etməsindən asılıdır. Bu qabiliyyətini qoruya bilmək üçün biz mütəmadi olaraq texnoloji və biznes innovasiyaları icad edirik və bu innovasiyaları mühafizə etmək üçün biz müvafiq addımları atırıq. Və həmçinin Əqli Mülkiyyət şöbəsində siz, şirkətin dinamik bir hissəsinə qoşulacaq, Tədqiqat və İnkişaf, Strateji Məhsul Planlaşdırması, Marketinq, Satınalma və Hüquq şöbələri ilə yaxın şəkildə işləyəcəksiniz.

İnsan Resursları

İnsan Resurslarında çalışan komanda bizim ən qiymətli resursumuz olan işçilərimizi idarə etməklə məşğuldur. Bizim missiyamız, uğurumuzu artırmağa kömək edə biləcək insanları işə cəlb etmək, onları inkişaf etdirmək və onları əldə saxlamaqdan ibarətdir. Bizim qlobal komandamızın bir üzvü olun və Volvo Cars-ı seçilən bir iş təminatçısı etməkdə bizə kömək edin.

Logistika

Volvo Cars-a yaxın yerləşən Logistika-da da imkanlar mövcuddur. İstehsal etdiyimiz avtomobillərin ən yüksək standartlara cavab verməsini təmin edən qlobal təchizat və istehsal komandasının bir hissəsiniz. Şirkətin daxilində və xaricində olan insanlarla yaxın əməkdaşlıq çərçivəsində, biz təchizat zəncirini irəli aparırıq - təchizatçıdan müştəriyə doğru - səliqəli və səmərəli şəkildə.