MƏZUNLAR VƏ TƏLƏBƏLƏR: BİZ SİZƏ İNANIRIQ

Volvo Cars-da biz nə ediriksə, insanlar üçün edirik. Və əgər siz karyeranıza yenicə başlamısınızsa, bizdə geniş çeşiddə imkanlar, təcrübə müddəti və iş yerləri var.

Məzun proqramı

Sizin potensialınıza uyğun bir proqrama qlobal bir təşkilatda qoşula bilərsiniz. Sizin giriş biletiniz universitet dərəcəsi və 3 ilə qədər müvafiq iş təcrübənizdir. 18-24 ay müddətində siz, istedad və ambisiyalarınıza uyğun hazırlanmış proqramda sürətli təhsil alacaqsınız. 

Volvo Car Group-un 2015 məzun proqramı ilə bağlı daha çox məlumat üçün zəhmət olmasa bu PDF materialı yükləyin. Volvo Car Group-un 2015 məzun proqramı üçün müraciətlər artıq qəbul olunmur.

Təcrübə məktəbi

Volvo Cars-da təcrübə keçmək üçün çoxlu yollar var. Ümumilikdə biz diplom işi baxımından mühəndis təhsili görmüş tələbələrə kömək edirik, amma biz həmçinin İsveç, Belçika və Çində müxtəlif cür sınaq təcrübəsi keçməyi təklif edirik. Mövcud imkanlarla tanış olmaq üçün İş Portalına  baxın. İsveçdə, Volvo Cars Tekniksprånget vasitəsilə təcrübə yerləri təklif edir, daha geniş məlumat üçün aşağıya baxın.

DİGƏR MƏLUMATLAR

Diplom işi

Biz bir sıra tələbələrə öz diplom işlərini Volvo Car Group-da etməyə şərait yaradırıq. Bu sizin üçün məzun olduqdan sonra bir sıra imkanlar barədə məlumat toplamaq üçün əla imkandır. 

Volvo Mühəndislik Tələbə Konsepsiyası

Volvo Cars olaraq, biz mühəndislik sahəsində oxuyan tələbələri dəstəkləməyə çalışırıq. Biz bir çox tələbələrə Volvo Tədqiqat və İnkişaf komandasına yer almaq imkan yaradırıq - magistr dərəcəsinin birinci və ikinci illəri arasında yay aylarında iş, payızda nəzarətçi müəllim və tədrisin sonuncu rübündə diplom işini görmək imkanı veririk. Bu konsepsiya üçün işə götürmə hər il fevral/mart aylarında və proqram isə yayda başlayır.

Yay işi

Hər yay biz müxtəlif sahələri təmsil edən bir sıra tələbələrə yay tətili zamanı işləmək imkanı veririk. Volvo Car Group-un bir sıra yerlərdə fəaliyyətləri var və biz həm zavod həm də ofis işi üçün işçilər götürürük. Elanlar İş Portalı bölməsində veriləcək.

Volvo Cars Sənaye Phd Proqramı

Siz qabaqcıl mühəndislik və tədqiqat üzrə işləmək istəyirsiniz? O zaman Tədqiqat və Araşdırma sizin xüsusilə bizim sənaye Phd proqramında inkişaf edə biləcəyiniz yerdir. Volvo Cars-da Sənaye Phd proqramı iştirakçısı kimi, sizin həm akademik və həm də industrial nəzarətçiniz olacaq, siz Phd şəbəkəsinin bir hissəsi olacaq və nəzarətçi müəllim kimi çıxış edəcək və liderlik mövzusunda təlim görəcəksiniz. Sənaye Phd Proqramı ilə bağlı elanlar mütəmadi olaraq İş Portalı bölməsində veriləcək.