VOLVODA BİR AVTOMOBİLDƏN DAHA ÇOXU VAR

Bizim keçmişimizi, bu günümüzü və gələcəyimizi yaşayın.

Volvo alaraq bizim ailəyə qoşulan hər kəsə qarşı diqqətimiz satışdan sonra da uzun müddət davam edir. Çünki biz ilk növbədə insanları düşünən bir şirkətik. Bu, həmçinin İsveçdə təşkil etdiyimiz sürücü təliminin, eləcə də insanlarla bağlı bir sıra təcrübələrin əsas müzakirə mövzusudur. 

Və əgər siz İsveçdə yaşamaq şansına malik deyilsinizsə, o zaman yaxınlığınıza gələn möhtəşəm "Volvo Ocean Race" yarışını izləyin!

Volvo Cars Ziyarətçi Mərkəzi

Qotenburqda Volvo mərkəzində əsl İsveç təcrübəsi yaşayın. Əgər bizim zavodda yeni avtomobillərin istehsalını görmək, ən son Volvo maşınlarının sınaq yürüşünü etmək və bizim Təhlükəsizlik, Ətraf Mühit, Dizayn və Avtomobilin sənayesinin gələcəyi ilə bağlı daha geniş məlumat əldə etmək istəyirsinizsə - bizdə sizə uyğun bir fəaliyyət tapılacaq.

DİGƏR MƏLUMATLAR

Volvo Cars şourum

Stokholmda yerləşən Kunqztredqardendə Volvo Cars ilə görüşün. Siz burada Volvo markası və bizim Təhlükəsizlik, Ətraf Mühit, Dizayn və Avtomobil Sənayesinin Gələcəyi barədə fəlsəfə və texnologiyamız haqqında daha geniş məlumat əldə edə bilərsiniz. Həmçinin siz bizim maşınları və məhsulları real şəkildə görə bilərsiniz. Siz hətta burada konfrans üçün yer də götürə bilərsiniz.

Volvo muzeyi

Keçmişimizə doğru səyahət

Volvo muzeyi sizi 1927-ci ildə istehsal etdiyimiz birinci avtomobildən, P1800 kimi əfsanəvi avtomobillərimizə və 3 yerdən bərkidilən təhlükəsizlik kəməri kimi ən çox dəyər verdiyimiz ixtiralarımıza aparacaq.

Volvo Museum

Volvo Cars Sürücülük Akademiyası

"Volvo Cars Sürücülük Akademiyasında" təklif olunan müxtəlif yeddi kursdan birini seçə bilərsiniz, fövqaladə hal maşınını necə sürməyi, necə təlimatçı olmağı öyrənə bilər, yüksək təhlükəsizlik sürücüsü mövzusunda və hətta öz ehtiyaclarınıza uyğun kursu keçə bilərsiniz.

Volvo Ocean Race

Volvo Ocean Race qocaman dənizçilər və yeni öyrənənlər üçün dünya ətrafında inanılmaz macəranı bölüşmək şansıdır. Ona görə də yarışı izləyin və öz sevimli komandanızı dəstəkləyin çünki bu "öncə insan" yarışıdır.

DİGƏR MƏLUMATLAR