Volvo Cars-a səfər edin

Volvo Avtomobili Ziyarətçi Mərkəzi Torslanda, Gotenburqdakı Volvo Cars-ın tam mərkəzində yerləşir. Biz sizə İsveçin ən vacib sənaye sahələrindən biri barədə bənzərsiz məlumatlar vermək istəyirik.

Siz burada müxtəlif növ fəaliyyətlər seçə bilərsiniz - zavod turuna çıxa bilərsiniz, ən son model Volvo maşınlarını sürə və həmçinin əlaqə, təhlükəsizlik, dizayn və ətraf mühit kimi sahələrdə bizim gələcəyə baxışımız barədə öyrənə biləcəyiniz Marka Təcrübəsi Mərkəzinə öyrədici səfər edə bilərsiniz. Biz sizin gününüzü zənginləşdirəcək və arzularınızı həyata keçirəcəyik.

Mavi Qatar: zavod turları

Mavi qatarda Torslandda yerləşən "Volvo Cars"-da səyahətə çıxın və istehsal sahələrimizin mənzərəsi ilə tanış olun. Biz öz Mavi Qatarımızda hər il 30000 ziyarətçini qəbul edirik. Burada tur rəhbəri sizi metal bükmələrinin hazır avtomobilə çevrildiyi istehsal prosesi ilə tanış edəcək.

Volvo avtomobillərinin necə hazırlanması barədə məlumatı Mavi Qatarda birinci əldən öyrənin. Turlar şirkətlər, təşkilat və məktəblər və eləcə də ümumi ictimaiyyət üçün açıqdır. Hər bir turda 30 qonaq iştirak edə bilər, amma daha böyük qruplar üçün bəzi dəyişikliklər edilə bilər. Tur təxminən bir saat davam edir, zavodda aparılan istismar və ya genişləndirmə işləri ilə bağlı olaraq fərqli marşrutlardan istifadə oluna bilər. Foto çəkmək və mobil telefondan istifadə etmək qadağandır. Turlar bazar ertəsi günündən cümə gününədək isveç, ingilis və Çin (Mandarin) dillərində keçirilir və əvvəlcədən rezervasiya etmək zəruridir. 


Marka Təcrübə Mərkəzi

Volvo avtomobillərinin əsas qayəsi insanlardır. Buna görə də biz Marka Təcrübə Mərkəzini yaratdıq ki, siz hər bir Volvonun əsl Volvo olduğunu hiss edəsiniz. Gəlin və sizin həyatınızı daha yaxşı və daha sadə etmək üçün necə innovasiya etdiyimizi və sizi və sizin dünyanızı qorumaq üçün - məsələn 2020-ci ilə qədər yeni Volvo maşınında heç kimin ölməməsi və ya ciddi şəkildə xəsarət almaması üçün necə addımlar atdığımızı görün.

Bizim Marka Təcrübəsi Mərkəzi dizayn, təhlükəsizlik, ətraf mühit və bağlantılı avtomobillər mövzusunda olan sərgilərimiz ətrafında tura çıxmaq üçün şirkətləri, təşkilatları və məktəbləri qarşılayır. Hər bir tur 1,5 saat davam edir və 50-yə qədər qonağı qəbul edə bilir. Turlar həm isveç həm də ingilis dillərində bazar ertəsi günündən cümə gününə qədər olur. Bizim həmçinin gözəl mənzərəli, arzu olunarsa yemək-içmək servisinin təqdim olunduğu yığıncaq yeri kimi istifadə oluna bilən konfrans otaqlarımız və auditoriyamız da var.

Volvo Cars Demo Mərkəzi

Volvo Cars Ziyarətçi Mərkəzindəki ən həyəncanverici yerlərdən birinə xoş gəlmisiniz: nümayiş treki Xüsusi olaraq hazırlanmış trekdə bizim ən son modellərimizi sınaq yürüşünə çıxardın və bizim maşınlarımızı və onların faydalarını birinci əldən hiss edin.

Şirkət qrupları və təşkilatlar bizim Nümayiş Mərkəzində sınaq yürüşü sifariş etməyə dəvətlidirlər. Biz 1-dən 40-dək adam sifarişi qəbul edirik və siz öz fəaliyyətinizi Volvo Cars Ziyarətçi Mərkəzində keçirilən konfrans və ya digər fəaliyyətlərlə birləşdirə bilərsiniz. İştirakçılardan etibarlı sürücülük vəsiqəsinin olması tələb olunur.

20-dən çox Volvo modelləri arasında müxtəlif mühərrik və göstəricilərdə olan, hər zaman bazardakı ən son modellərdən birini seçin.

Dükan və kafe

Gəlin və ən son Volvo mövzulu əşyaları kəşf edin, və Volvo Cars-ın beynəlxalq kafesində yeməkdən dadın və ya bir qəhvə için.

Volvo Cars-dakı dükan çoxlu sayda Volvo mövzulu aksesuarlar və suvenirlər, həmçinin son Volvo geyimlərini təklif edir.

Daha ətraflı məlumat üçün buranı basın. İş saatları: Bazar ertəsi - Cümə günləri, 9:00 - 16:30

Səhər maraqlı gəzintidən sonra, Volvo Cars-dakı Beynəlxalq Kafe-də nəyə görə bir nahardan və ya içkidən zövq almayaq? İş saatları: Bazar ertəsi - Cümə günləri, 8:00 - 15:30

Volvo Muzeyi

Zamanda səyahət edin və Volvo Muzeyində bütün işlərin necə başlanması ilə tanış olun. Biz şirkətləri, təşkilatları, məktəbləri və ictimaiyyəti qarşılamağa hazırıq. 8,000 m2 sərgi sahəsinə malik Muzeydə bütün Volvo modellərindən olan məhsullar - avtomobillər, yük maşınları, avtobuslar, tikinti avadanlığı, dənizçilik üçün mühərriklər və digər daha maraqlı Volvo məhsulları nümayiş olunur. Siz Ziyarətçi Mərkəzi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz və ya www.volvomuseum.com saytına daxil olaraq, muzey haqqında daha çox məlumat əldə edə bilərsiniz.

Rezervasiya və məlumat

Rezervasiyalar və bizim fəaliyyətlərimizlə bağlı suallarınız üçün zəhmət olmasa +46 31 325 10 93 nömrəsinə zəng edin. Rezervasiya ofisi bazar ertəsi-cümə günləri, saat 8:30-dan 16:00-a qədər açıqdır. Siz həmçinin bizə visitor@volvocars.com ünvanı vasitəsilə e-məktub göndərə bilərsiniz.

Yerləşmə

Volvo Cars Ziyarətçi Mərkəzi, Torslandada Sörredsvägen ilə yanaşı Karossvägen 2 ünvanında yerləşir. GPS-dən istifadə edərkən xahiş olunur Karossvägen 2-ni daxil edin. 

İctimai nəqliyyat

Qotenburq mərkəzi stansiyasından çıxan bir çox avtobus sizi bura gətirəcək - xahiş olunur, “Volvohallen” avtobus dayanacağında dayanan avtobusları soruşun.

VOLVO CARS XƏRİTƏSİ (PDF)