GERİYƏ BAXMAQ BİZƏ İRƏLİYƏ BAXMAĞA KÖMƏK EDİR

Biz öz əfsanəvi mirasımızı qurmağa davam edirik.

Biz 1927-ci ildə avtomobil istehsalına başladıq, çünki başqa heç kimin İsveç yolları üçün yetərli dərəcədə güclü və təhlükəsiz avtomobillər istehsal edə bilməyəcəyini bilirdik. Yol boyunca biz onlarla innovasiya hazırladıq, onlardan bəziləri dünyanı dəyişiblər. Və bu öhdəlik bizi növbəti böyük Volvo Cars ideyasına doğru aparır.

Avtomobillərin təfərrüatları

İlk Volvo Cars ÖV4-dən başlayaraq (ləqəbi "Cakob"), biz, təkcə öz dözümlülüyünə görə deyil, öz keyfiyyətinə görə də tanınan
avtomobilləri yaratmaq üçün ən yüksək keyfiyyətli materiallardan istifadə etmişik. 

ƏTRAFLI

İnnovasiya onillikləri

Nils Bohlin 1959-cu ildə 3 yerdən bərkidilən təhlükəsizlik kəmərini təqdim edəndən bəri, bizim innovasiyamız sözün əsl mənasında dünyanı dəyişib, təxminən bir milyon insan həyatı xilas olunub. Və zərərli tullantıları 90%-ə qədər azaldan "Lambda Sond" indi artıq demək olar ki, bütün avtomobillərdə mövcuddur.


İNNOVASİYALAR BARƏDƏ DAHA ÇOX OXU

İlk öncə insanlar

Doğrudur ki, bizim etdiyimiz hər bir iş insanlarla başlayır və biz Volvo Cars-ın nailiyyətlərində payı olmuş böyük şəxsiyyətlərimiz - 1927-ci il təsisçiləri Assar Gabrielsson və Gustaf Larson, P1800-ü dizayn etmiş dizayner Pelle Petterson ilə qürur duyuruq.

Motorsport üçün tikilib

Həvəskarlar Volvoların necə möhkəm maşınlar olduqlarını biləndə onlar yarışa çıxdılar və 1965-ci ildə PV544 ilə çətin Safari yarışını qazandılar. Həmin möhtəşəm qələbədən sonra, 122S Amazon həmin il Akropol yarışında qələbə qazandı. 1994-cü ildə, Volvo Cars 850 ilə sedan yarış maşını ilə yarışa girən ilk istehsalçı olmaqla dünyanı heyrətə saldı.

Volvo filmlərdə

Volvo sürücüləri xüsusilə Şimal Amerikada intellektual, təhsilli və yüksək tərbiyəli şəxslər kimi tanınırlar və bu filmlərdə də öz əksini tapıb. Yeni İnglitərədə cərəyan edən "Ailə daşı" ailə draması filmində demək olar ki, bütün (varlı) ailə Volvo sürür. Və dramatik, intellektual "Arı fəsli" və "Qazanxana" filmlərində əsas qəhrəmanlar Volvo maşınları sürürlər. Və təbii ki, "Müqəddəs" adlı məşhur Britaniya televiziya şousunda ağ P1800-i kim unuda bilər?