1946 - 1958

PV444

1944-cü ilin sentyabrında Volvo Stokholmdakı sərgidə sülh və əmin-amanlıq naminə ümidin carçısı kimi PV444 modelini təqdim etmişdir. Qiymət çox cazibədar idi - 4800 İsveç kronu, 1927-ci ildə ÖV4 modelinin qiyməti ilə eyni.

444 modelinin görünüşünə Amerikan dəbi təsirsiz ötüşməyib. Bu ilk Volvo avtomobili idi ki, ayrı-ayrı hissələrdən ibarət olmayan bütöv gövdəyə malik idi. O həmçinin laminasiya edilmiş qabaq şüşə ilə təchiz edilmişdi, hansı ki çox önəmli və yeni təhlükəsizlik parametri idi. Maraq o qədər çox idi ki, PV444 modeli PV544 modeli ilə əvəzlənənə qədər satış gözlənildiyi kimi 8,000 ədəd deyil, 200,000 ədəd təşkil etdi. 444 ilk kiçik Volvo avtomobili idi və o Volvonu həqiqi avtomobil istehsalçısına çevirdi.

Texniki Göstəricilər

Seçimlər: A/AS B/BS/BQ/BQS C/CS/CQ/CSQ D/DS/DQ/DSQ E/ES H/HS/HE K/KS/KE L/LS
İstehsal tarixi: 1946 - 1958
Həcmi: 196005
Ban: 2-qapılı sedan
Mühərrik: Xətti, 4-silindrli: 1,414 və ya 1,583 kub sm, 40-85 a.g.
Ötürücü: 3-pilləli, döşəməyə bərkidilmiş ötürücü dəstəkli.
Əyləclər: Bütün təkərlərdə hidravlik barabanlar.
Ölçüləri: Təkər bazası 2,600 mm.