1950 - 1958

PV831-4

1950-ci ildə Volvo 800 buraxılışlarına aid olan taksilərin yeni versiyasını üzə çıxartdı. Başlıca xüsusiyyəti qabaq hissənin dizaynında idi, o artıq alçaq idi və qabaq fənərlər arxaya, qabaq ban qanadlarının üzərinə çəkilmişdi.

PV830 modelinin yeni versiyası 1953-cü ildə işıq üzü gördü. O, böyük təşkilatların dəyərli müştərilərini aparmaq üçün nəzərdə tutulmuş eksklüziv avtomobil idi. Onu digərlərindən fərqləndirən eksteryerindəki əsas cəhət isə onun rəngi idi, tünd-qırmızı və ya tünd-göy.

İnteryerə eksklüziv parça örtük daxil idi. Arxa oturacaqda qol qoymaq üçün qatlanan mərkəz, döşəmədə isə parça xalçalar var idi. Standart avadanlığa radio da daxil idi.

Bunları taksi kimi istifadə edərək köhnəltmək az qala mümkün deyildi, hətta onlardan bəziləri 1980-lərin sonuna qədər istifadə edilmişdi.

Taksi versiyasından başqa, 800 buraxılışları təcili xidmət, universal tipli və ya kiçik furqon kimi istifadə etmək üçün sırf şassi kimi də buraxılırdı.

Texniki Göstəricilər

Model: PV 831-4
Seçimlər: PV 831 (Şüşə arakəsməli taksi) PV 832 (Şüşə arakəsməsiz taksi) PV 833: Chassis PV 834 Chassis, uzadılmış
İstehsal tarixi: 1950 - 1958
Miqdarı: 6216
Ban: 7 və ya 8 oturacaqlı taksi və ya təcili xidmət üçün nəzərdə tutulmuş şassilər.
Mühərrik: 6-silindrli, xətti, yan klapanlı; 3670 kub sm; 84.14x110 mm; 3600 dövrə/dəqiqədə 90 a.g.
Ötürücü: 3-pilləli mexaniki, sükan çarxına bərkidilmiş ötürücü dəstəyi ilə.
Əyləclər: Bütün təkərlərdə hidravlik.
Ölçüləri:
Digər: Təkər bazası 3,250 və ya 3,550 mm.