1957

CARAVAN/TRAİLER

1957-ci ildə kempinq üçün nəzərdə tutulmuş qoşquya aid broşürlərin əsas başlığı belə idi - "Öz otelinlə səyahət et". 50-ci illərdə şəxsi avtomobillə səyahət etmək yeni bir ideya idi, hansı ki öz məşhurluğunu yeni bir anlayışdan - il-sonu tətillərindən qazanmışdı. Əgər, avtomobilin interyeri əlavə olaraq iki nəfərlik yatağa çevrilə bilirdisə, avtomobil asanlıqla satılırdı. Volvo Cars-ın uzun illərdən bəri hərtərəfliliyi və çox funksiyalılığı bir avtomobildə birləşdirmək kimi bir ənənəsi vardır. Bugün biz kempinq üçün V70, XC70 və XC90 modellərini təklif edirik. Artıq 1957-ci ildən biz ailəmizin həyatını nə qədər düşündüyümüzü avtomobillərimizin təhlükəsizlik səviyyəsi ilə göstəririk.

Daha dəqiq desək, onu karavandan (qoşquya bərkidilmiş ev) adi bir qoşquya çevirmək mümkün idi. 1957-ci ildə qiymət 2700 SEK (İsveç kronu) həddində idi. Təəssüf ki, bu gunə qədər heç bir karavan salamat qalmamışdır!

Texniki Göstəricilər

Model: CARAVAN / TRAİLER
İstehsal tarixi: 1957 - 1957
Miqdarı: 53
Ban: Yığılabilən, divarları ikiqat faneradan, tavanı və aşağı hissəsi isə aliminium və ya PVC örtüklü parça, altı isə dəmir lövhələrdən ibarət idi.
Mühərrik
Ötürücü
Əyləclər: Yoxdur
Ölçüləri: Tam hündürlüyü: 180 sm. Hazır vəziyyətdə olan hündürlüyü: 103 sm, Eni: 180 sm ümumi uzunluq, qoşqu qarmağı ilə birlikdə: 310 sm ümumi uzunluq, ban: 225 sm, çəkisi 320 kq.
Digər: "Linells Vagn AB" 1974-cü ildə Volvo AB tərəfindən alınmışdır və bugün VAH kimi tanınır, Volvo Articulated Haulers AB.