1956 - 1957

SPORT P1900

Volvo 1954-cü ildə fiber-şüşə poliesterdən düzəldilmiş 2-oturacaqlı idman avtomobilini təqdim edəndə, bu bir sensasiyaya səbəb olmuşdu.

Buna baxmayaraq, avtomobil 1956-cı ilə qədər istehsal edilmədi, çox böyük problemlərdən keçdikdən sonra nəhayət ki, istehsalat 1957-ci ildə başladı. Bu vaxta qədər 67 (bəlkə də 68) avtomobil kütləvi istehsal edilmişdir.

İlkin fikir ondan ibarət idi ki, bu avtomobil yalnız ixrac üçün istehsal ediləcək. Kabriolet İsveç iqliminə uyğun bir avtomobil sayılmırdı. Buna baxmayaraq, bu avtomobillərin çoxu yerli İsveç bazarında satılmışdı.

Bu avtomobil standart hissələrdən, əsasən Volvo PV444-ün hissələrindən ibarət idi, lakin fərqli bir çərçivə üzərində yığılmışdı. Mühərrik PV444-dən olan 4 silindrli, 1.4 litrliyin yenilənmiş versiyası idi. Qoşa karbüratordan istifadə edərək, digər paylayıcı val, daha böyük giriş klapanları və daha güclü kompressorla bu mühərrik 70 a.g. hasil edirdi.

Texniki Göstəricilər

Model: VOLVO SPORT (P 1900)
İstehsal tarixi: 1956 - 1957
Miqdarı: 67
Ban: Kabriolet, 2-oturacaqlı
Mühərrik: 4-silindrli, xətti, 1,414 kub sm; 75x80 mm; 5500 dövrə/dəqiqədə 70 a.g.
Ötürücü: 3-pilləli mexaniki, döşəməyə bərkidilmiş ötürücü dəstəyi ilə
Əyləclər: Bütün təkərlərdə hidravlik barabanlar
Ölçüləri: Ümumi uzunluğu 422 sm, təkər bazası 240 sm.
Digər: Bu modelin 70 a.g. hasil edən mühərriki 1957-ci ildə ABŞ bazarında satılan Volvo PV444 üçün istifadə edilirdi. O PV444 modelinə yaxşı performans verirdi və onu "Ailə və idman avtomobili" kimi satırdılar.