1958 - 1965

PV544

1958-ci ilin avqustunda PV444-ün yenilənmiş versiyası olan PV544 təqdim edildi. Bunlar PV444 təqdim edildiyi 1944-cü ildən bəri baş vermiş ən böyük dəyişikliklər idi. Ban daha geniş, qabarıq ön və arxa şüşələri ilə təchiz edilmişdi ki, o da görüş məsafəsini artırırdı. İnteryerə yuxarı yarısı şişirdilmiş yeni idarə paneli daxil idi və o interyerin təhlükəsizliyini artırırdı. Sürət indikatoru "termometr" (istilik ölçən) kimi idi; qırmızı xətt avtomobilin sürətini göstərirdi. Arxa oturacaq yenilənmişdi, belə ki, əlavə sərnişin üçün yer və əlavə rahatlıq yaranmışdı, bununla da bu model özündən əvvəlki modeldən (PV444) fərqlənirdi.

Bu model texniki cəhətdən də yenilənmişdi. Volvo PV444 modelinin (Şimali Amerikadan başqa) yalnız bir mühərrik seçimi var idi. PV544 öz gəlişi ilə ikincisini əlavə etdi. 4-pilləli mexaniki sürət qutusu da ilk dəfə olaraq o vaxt təqdim edilmişdi.

PV544 nəzərə çarpmadan daima yenilənirdi. 1961-ci ildə baş vermiş ən böyük dəyişikliklərdən biri də, kapotun altında "B18" mühərrikinin və 12V cərəyan verən elektrik sistemin quraşdırılması olmuşdur.

Texniki Göstəricilər

Model: PV 544
Seçimlər: Special I, II və Sport (əsasən belə adlanır) PV 544 A PV 544 B PV 544 C PV 544 D PV 544 E PV 544 F PV 544 G
İstehsal tarixi: 1958 - 1965
Miqdarı: 243990
Ban: 2-qapılı sedan
Mühərrik: 4-silindrli , sıravi, OHV, 1,583 kub sm, 79.37x80 mm, 4,500 dövrə/dəqiqədə 60 a.g. və ya 3,500 dövrə/dəqiqədə 85 a.g. 1961: 1,778 kub sm, 4500 dövrə/dəqiqədə 75 a.g. və ya 5,000 dövrə/dəqiqədə 90 a.g. - sonralar 95 a.g.-nə çatdırıldı.
Ötürücü: 3 və ya 4-pilləli mexaniki, döşəməyə bərkidilmiş ötürücü dəstəkli.
Əyləclər: Bütün təkərlərdə hidravlik barabanlar.
Ölçüləri:
Digər: 1950-lərin sonu və 1960-ların əvvəlində Volvo PV544 ən uğurlu ralli avtomobilinə çevrildi.