1956 - 1967

P1200/P120 AMAZON

1956-cı ildə, Volvonun yeni minik avtomobilinin prototipi təqdim edilmişdir. Avtomobil İsveçdə Amazon kimi, ixrac bazarlarında isə 121 və 122S kimi tanınmışdır. 122S-in təyinatı daha güclü mühərrikə malik versiyalar üçün nəzərdə tutulmuşdu.

İstehsal 1957-ci ildə başlamış və bu avtomobil ilk olaraq PV444-dən daha böyük model hesab edilmişdir. 121/122 S-in 4 qapılı model olması faktı təbii olaraq buna öz tövhəsini vermişdir.

Müasir üsluba malik bu model Volvonun ilk ponton banlı avtomobili idi. Avtomobil insanlara çox cəlbedici gəldi. Ön hissə iki ovalşəkilli hava qəbuledici ilə xarakterizə olunur. Arxa qanadlar uzadılaraq üzgəc formasında tamamlanır. O dövrdə dizayn baxımından çox populyar idi.

Yüksək təhlükəsizlik səviyyəsinə malik Amazon 121/122 S aşağıdakı funksiyalarla təchiz edilmişdir: alətlər panelinin yuxarı hissəsinin yumşaq materialdan olması, laminasiyalı qabaq şüşə, ön və arxa hissələrdə təhlükəsizlik kəmərlərinin quraşdırılması.

1961-ci ilin payızında, P120 modellərində bir sıra böyük dəyişikliklər edildi. Əvvəlki 1.6 litrlik mühərrik 75 və ya 90 at gücünə, 12-voltluq elektrik sistemi və yeni radiator barmaqlığına malik B18 modeli ilə əvəz olundu. 90 at gücünə malik model ön çarxlarda disk əyləc sisteminin olması ilə xaraxterizə edilirdi.

P120-nin 4 qapılı modeli 1966-cı ilin payızına qədər istehsal edildi. Bu tarixdən sonra o tamamilə yeni avtomobil olan Volvo 144 ilə əvəz edildi.

Texniki Göstəricilər

Model: P 1200 / P 120 AMAZON, Sedan
Seçimlər: P 1200 V, P 1200 H, P 121, P 122 S
İstehsal tarixi: 1956 - 1967
Miqdarı: 234208
Ban: 4-qapılı sedan
Mühərrik: 4-silindrli , xətti, OHV, 1,583 kub sm, 79.37x80 mm, 4,500 dövrə/dəqiqədə 60 a.g. və ya 5,500 dövrə/dəqiqədə 85 a.g. 1961: 1,778 kub sm, 84.14 x 80 mm, 4500 dövrə/dəqiqədə 75 a.g. və ya 5,000 dövrə/dəqiqədə 90 a.g. - 1965-ci ildə 95 a.g.-nə çatdırıldı.
Transmissiya: Overdrive sistemə malik olan və ya olmayan 3 yaxud 4 pilləli mexaniki transmissiya, döşəməyə bərkidilmiş sürət ötürücü pedalı (bəzi avtomobillərdə sükanın gövdəsinə bərkidilir), 3 pilləli sükana bərkidilmiş avtomatik sürət ötürücü qutu.
Əyləclər: Bütün təkərlərdə hidravlik barabanlar. 1961: S versiyaları üçün ön təkərlərdə disk əyləc sistemi. 1964: bütün versiyalar üçün ön təkərlərdə disk əyləc sistemi.
Ölçüləri: Ümumi uzunluq 445 sm, təkər bazası 2,600 mm.