1961 - 1970

P130 AMAZON 2-D

1961-ci ilin sentyabr ayında, Amazon 121/122S əsasında başqa bir versiya - 2 qapılı sedan banlı versiya təqdim edilmişdir. Bu versiya, xüsusilə İsveç bazarında səbirsizliklə gözlənilən model idi. Çünki, İsveç o dövrdə 2 qapılı avtomobillər üçün səciyyəvi bazar idi.

Texniki baxımdan iki model arasında hər hansı fərq yox idi. Qapılar, yeni 2 qapılı modeldə, salonun arxa oturacağı olan hissəsinə daxil olmağı asanlaşdırmaq üçün, təbii olaraq daha uzun idi. Ön oturacaqlar isə, əlbəəttə ki, eyni səbəbdən irəliyə qatlanırdı. Arxa yan şüşələr havalanmanın yaxşılaşdırılması məqsədilə arxa haşiyədə açıla bilirdi.

Mühərrik proqramının, ilkin olaraq, 4 qapılı modeldə olduğu kimi təqdim edilməsi nəzərdə tutulmuşdu. Lakin, 2 qapılı model nisbətən yüngül olduğundan, o daha çox idman üslublu model hesab edilmiş və ona görə də yarışlarda istifadə edilmişdir. Həm ralli həm də motor sport yarışlarında.

Amazonun idman imicini artırmaq üçün, 1966-cı ildə sürətli və səxavətlə təchiz edilmiş 123GT versiyası təqdim edildi. Bu versiya da 1800S idman avtomobilindəki mühərriklə təchiz edilmişdir.

1968-ci ildə, bu modelə başqa bir mühərrik - 2.0 litr həcmli B20 mühərriki - əlavə edilmişdir.

P130-un istehsalı 1970-ci ilin 2 iyuluna qədər davam etdi. Bu həmin avtomobil ailəsinin son versiyası idi. Bu tarixə qədər ümumilikdə 667323 P130 modeli istehsal edilmişdi.

Texniki Göstəricilər

Model: P130 Amazon, 2-qapılı
Seçimlər: P 131, P 132 (SPORT), P 123 GT
İstehsal tarixi: 1961 - 1970
Miqdarı: 359916
Ban: 2-qapılı sedan
Mühərrik: 4 silindrlidir, xəttidir, klapan başlığın yuxarı səthində yerləşdirilmişdir, 1778 kub sm həcmindədir, 84.14 х 80 mm, 75 a.g. (fırlanma anı) bir dəqiqədə 4500 dövrə təşkil edir və ya 90 a.g. bir dəqiqədə 5000 dövrə təşkil edir, 1964-cü ildə 95 a.g., 1966-cı ildə 115 a.g. 1968: 1986 kub sm, 88,9 х 80 mm, 90 a.g. bir dəqiqədə 4800 dövrə, 118 a.g. isə bir dəqiqədə 5800 dövrə təşkil edir.
Transmissiya: 3 pilləli mexaniki və ya döşəməyə bərkidilmiş 4 pilləli overdrive mexaniki sürət ötürücüsü. Sükan üzərində 3-pilləli avtomatik sürət ötürücüsü.
Əyləclər: Bütün çarxlarda hidravlik baraban vardır. S versiyada ön çarxlarda disk əyləc sistemi quraşdırılmışdır. 1964-cü ildə ön çarxlarda disk əyləc sistemi tətbiq edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 445 sm, təkər bazası 2,600 mm.