1961 - 1972

P1800/1800

1959-cu ilin əvvəllərində, "Volvo Sport"un əvvəlki cəhdindən iki il sonra, Volvo şüşə-fiber polyester bana malik yeni idman avtomobilini təqdim etdi.

Yeni avtomobil P1800 kimi tanındı, daha sonra P1800S/1800S və 1800E adlarına malik oldu. Bu yeni idman avtomobilində italyan üslubu var idi və istehsalına 1961-ci ildə başlanıldı.

Volvonun avtomobili özünün yaratmaq potensialı olmadığından, ilk illərdə İngiltərə ilə istehsal müqaviləsi bağlanıldı. "Pressed Steel" adlı şirkət banı hazırlayırdı, yekun quraşdırma (yığılma) isə Jensen şəhərində həyata keçirilirdi. 1963-cü ildə P-800S modelinin yığılması Qöteburq və Lundbiverken şəhərlərinə köçürüldü. Banın istehsalı da İsveçin Olofströmsverken şəhərinə köçürüldü. Volvo P1800 Volvo 121/122 S versiyasının müstəvisi əsasında hazırlanmışdı, lakin daha qısa təkər bazası var idi. Avtomobilin tam yeni 1.8 litrlik, 4 silindrli mühərriki var idi. İlkin olaraq 100 at gücünə malik idi, daha sonra inkişaf etdirilərək 108, 115 və 120 at gücünə çatdırıldı.

İllər keçdikcə, avtomobil əsasən yeni mühərrik alternativlərinin tətbiqi ilə inkişaf etdirilmişdir. 1968-ci ilin payızında, 118 at gücünə malik 2.0 litrlik mühərrik tətbiq olundu. O, 1969-cu ildə yanacaq injektoru və daha çox gücə malik mühərriklə əvəz edilmişdir.

Texniki Göstəricilər

Model: P1800 / 1800
Seçimlər: P 1800 S, 1800 S, 1800 E
İstehsal tarixi: 1961 - 1972
Miqdarı: 39414
Ban: 2 oturacaqlı Coupe 2
Mühərrik: 4-silindrli, xətti, OHV (yuxarı klapanlı); 1,778 kub sm; 84.14 x 80 mm; 5500 dövrə/dəqiqədə 100 a.g. 1968-ci ildə 5800 dövrə/dəqiqədə 108 a.g.-nə çatmışdır. 2.0 litrlik, 1,986 kub sm (88.9 x 80 mm) həcmli, karbürator versiyası ilk dəfə 1968-ci ildə peyda oldu. Bu versiya 120 at gücünə malik yanacaq injektorlu 1969-cu il versiyasından sonra yaranmışdır.
Transmissiya: 4 pilləli mexaniki və ya overdrive sistemli 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik; hər biri döşəməyə bərkidilmiş sürət ötürücü pedalla təchiz edilmişdir.
Əyləclər: Hidravlika, ön çarxlarda disk əyləc sistemi, arxa çarxlarda isə silindrlərlə təchiz edilmişdir, sonuncu modellərdə bütün çarxlar disklərlə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 440 sm, təkər bazası 245 sm.
Digər: Volvo modeli "Müqəddəs" filmində roluna görə çox məşhurlaşdı. Bu filmdə avtomobili qəhrəman Simon Templar (Roger Moore) idarə edirdi.