1929 - 1933

PV651

Volvonun ilk 6-silindirli mühərriki 1929-cu ildə hazır idi. "DB" mühərriki ilə ilk təchiz edilmiş avtomobil PV651 modeli idi. Bu mühərrikin həcmi 3 litrdən bir az çox idi və o, sadəcə 55 at gücü hasil edirdi. Bu qurğu "xətti altını" texniki bir dizayn kimi xarakterizə edən güclü və çoxfunksiyalı idi.

PV651 və onun davamçısı olan PV652, özlərindən əvvəlki Volvo avtomobillərinə nisbətən daha uzun və enli idilər. Bütün avtomobillər ya mexaniki (PV551), ya da hidravlik (PV652) idarə edilən, dörd təkəri də dayandıran standart əyləc sistemi ilə təmin edilmişdi.

Texniki Göstəricilər

Model: PV651
Seçimlər: PV652, PV650 Chassis, 650 Special
İstehsal tarixi: 1929 - 1933
Miqdarı: 2382
Ban: Sedan və ya kabriolet.
Mühərrik: Yan klapanlı, xətti 6-silindrli; 3,010 kub sm; 76.2x110 mm; 3000 dövrə/dəqiqədə 55 a.g.