1966 - 1974

144

1966-cı ilin avqustunda, Volvo yeni 4 qapılı avtomobili Volvo 144-ü təqdim etdi. Bu, tam yeni avtomobil seriyasının başlanğıcı demək idi və 1974-cü ilə qədər Volvonun ən çox satılan modellərindən idi.

144-ün üslubu daima dəbdə idi və bir fakt bunu sübut edirdi ki, avtomobil, sonradan inkişaf etdirilmiş formasında, 1990-cı illərin əvvəllərinə qədər uğurla satılmışdı.

144 modeli geniş yük bölməsi ilə birlikdə çox tutumlu avtomobil idi. Volvo 144 bir çox yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirirdi. Ön və arxa hissələrdə enerjini udma zonalarına malik bana əlavə olaraq, özünə məxsus əyləc sistemi ilə təchiz olunmuşdu. Belə ki, hər bir əyləc sistemi üç çarxda dövrə vururdu. Disk əyləc sistemləri bütün dörd çarxda istifadə olunurdu. İnteryerdə heç bir çıxıntılı hissələr yox idi. Sürücü və ön oturacaq sərnişini üçün təhlükəsizlik kəməri təchiz edilmişdi.

Texniki Göstəricilər

Model: 144
İstehsal tarixi: 1966 - 1974
Miqdarı: 523808
Ban: 4-qapılı sedan.
Mühərrik: müxtəlif güc versiyalarında 4 silindrli, xəttli, klapan başlığın yuxarı səthində yerləşdirilmişdir, 1,778 kub sm, 84.14 x 80 mm, 75 və ya 90 at gücü və 1986 kub sm, 88.9 x 80mm.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 464 sm, təkər bazası 260 sm.