1967 - 1974

142

140 seriyasında iki qapılı versiya olan Volvo 142 1967-ci ilin yayında - başqa sözlə, 144 seriyasından sonra bir ildən az olan müddət ərzində təqdim edilmişdir.

Bu model də 4 qapılı model kimi eyni texniki tərtibata malik idi, yeganə fərq qapıların sayında idi. Qapılar, təbii olaraq, daha uzun idi və arxa oturacaq olan hissəyə daha asan daxil olmaq üçün ön oturacaqlar qabağa qatlanırdı.

144 ilə müqayisədə 142-nin siluetində yeganə əsas fərq o idi iki, 2 qapılı versiyanın iki, 144-ün isə üç yan şüşəsi var idi.

Volvo 142-nin qiyməti müvafiq 4 qapılı modeldən cüzi olaraq aşağı idi. Bu model həm də 40 kq daha yüngül idi.

Texniki Göstəricilər

Model: 142
İstehsal tarixi: 1967 - 1974
Miqdarı: 412,986
Ban: 2-qapılı sedan
Mühərrik: müxtəlif güc versiyalarında 4 silindrli, xətli, klapan başlığın yuxarı səthində yerləşdirilmişdir, 1,778 kub sm, 84.14 x 80 mm, və 1986 kub sm, 88.9x80mm.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 464 sm, təkər bazası 260 sm.