1967 - 1974

145

1967-ci ilin noyabr ayının axırlarında, Volvo üçüncü versiyanı təqdim etdi. Bu, 140 seriyası kimi tanınan avtomobil ailəsinin bir hissəsi olan Volvo 145 idi.

Volvo 145 5-qapılı universal banlı və faktiki olaraq, şaquli arxa qapıya malik arxa seksiyalı model idi. Hər kəs razılaşırdı ki, bu, təhlükəsiz, rahat və son dərəcə praktiki və həcmli avtomobil idi. Yük həcmi 2 kub metrdən çox idi və yük yerinin döşəməsi tam hamar idi.

Arxa seksiyanın tərtibatı, o zamandan bəri, bütün unversal banlı Volvo modellərinin tanınmış xüsussiyyətinə çevrildi.

Volvo 145 tezliklə son dərəcə məşhur universal banlı avtomobilə çevrildi və 140 Seriyasında çox önəmli rol oynadı.

İllik dəyişikliklər əsasən 2 və 4-qapılı versiyalara paralel olaraq tətbiq olunan dəyişikliklərlə eyni idi. Əlamətdar dəyişiklik 1970-ci ildə baş verdi. Bu zaman, arxa qapıların arxasındakı uzun, bir-hissəli pəncərənin xeyrinə arxa yan şüşələr ləğv edildi.

Texniki Göstəricilər

Model: 145
Seçimlər: Ekspres, böyüdülmüş dam
İstehsal tarixi: 1967 - 1974
Miqdarı: 268317
Ban: 5 qapılı universal
Mühərrik: müxtəlif güc versiyalarında 4 silindrli, xətli, klapan başlığın yuxarı səthində yerləşdirilmişdir, 1,778 kub sm, 84.14 x 80 mm, və 1986 kub sm, 88.9 x 80 mm.
Transmissiya: 4 pilləli mexaniki və ya elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 464 sm, təkər bazası 260 sm.