1968 - 1975

164

1968-ci ilin payızında, Volvo yeni Volvo 164 modelini təqdim etdi. Bu, Volvo 144-ün inkişaf etdirilmiş versiyası idi, lakin daha prestijli mövqeyə malik idi.

Texniki şərtlər baxımından əsas fərq o idi ki, Volvo 164 kapotun altında 3.0-litrlik, xətli, 6 silindrli mühərrikə malik idi. Mühərrik 2.0 litrlik, 4-silindrli mühərrik əsasında inkişaf etdirilmiş və eyni zamanda 1968-ci ildə 140 Seriyası üçün təqdim edilmişdir. Əvvəldən, 164 modeli iki karbüratorla təchiz edilmişdir. Daha sonra yanacaq injektoru ilə də təchiz edilmişdir.

10 ildə ilk dəfə idi ki, Volvo 6 silindrli avtomobil təklif edə bilirdi. Axırıncı dəfə 830 seriyasından olan taksilərdə təklif edilmişdi.

Lakin, fərdi alıcılar üçün nəzərdə tutulmuş avtomobillərə gəldikdə, Volvo, PV60 modelinin istehsalının dayandırıldığı 1950-ci ildən sonra təxminən 20 il ərzində 6 silindrli avtomobilə malik olmamışdı.

164-ün xarici görkəminə gəldikdə isə, ön hissə özünəməxsus üslüba malik idi. Kapot daha uzun idi ki, bu daha uzun mühərrik üçün yerin olmasına imkan verirdi. Ön hissənin forması daha geniş radiator barmaqlığına görə böyük prestij mənasını daşıyırdı.

İnteryerdə, oturacaqlar tamamilə fərqli idi, materiallar daha təmtəraqlı idi, dəri üzlük çəkilmişdi.

Volvo 164, 1968-1975-ci illər arasında buraxılmışdır. Son il ərzində istehsal olunmuş avtomobillərin əksəriyyəti ABŞ-a göndərilmişdir.

Texniki Göstəricilər

Model: 164
İstehsal tarixi: 1968 - 1975
Miqdarı: 146008
Ban: 4-qapılı sedan
Mühərrik: 6 silindrli, xətli, klapan başlığın yuxarı səthində yerləşdirilmişdir, 2,978 kub sm, 88.9 x 80 mm, 135-175 a.g.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlika, bütün təkərlərdə disklər.
Ölçüləri: Ümumi uzunluq 470 sm, təkər bazası 270 sm.