1971 - 1973

1800ES

1971-ci ilin payızında, Volvonun yeni versiyası - məşhur 1800 modeli təqdim edildi. Yeni versiya 1800 ES adlandırıldı.

1800 ES əvvəki 1800 versiyası ilə müqayisədə yeni tərtib olunmuş arxa sonluğa malik idi. Banın damındankı zolaq uzadılmış və avtomobil universal banı xatırladan profilə malik idi. 1800 ES öz baqaj tutumunu artırmış və məsələn, qolf və ov avadanlıqları üçün əlavə yer təmin etmişdi.

Səthin altında, 1800 ES-dəki texnologiya 1800 modellərindəki texnologiya ilə eyni idi.

Yeni versiya iki il - 1972 və 1973-cü illərdə istehsal edilmişdir. 1972-ci ildə hər iki versiya eyni zamanda istehsal edilmiş, lakin yalnız 1800 ES 1973-cü ildə istehsal edilmişdir.

Sonuncu avtomobilin 1973-cü ildə hazırlanması və bundan sonra istehsalın dayanması ABŞ-dakı sərt təhlükəsizlik tələblərindən irəli gəlirdi. Bu tələblərə əməl etmək çox baha başa gəlirdi.

Texniki Göstəricilər

Model: 1800ES
İstehsal tarixi: 1971 - 1973
Miqdarı: 8078
Ban: 2 2 oturacaqlı kupe
Mühərrik: 4 silindrli, xətli, klapan başlığın yuxarı səthində yerləşdirilmişdir, 1,986 kub sm, 88.9 x 80 mm, 124-135 a.g.
Ötürücü: 4 pilləli mexaniki, döşəməyə bərkidilmiş ötürücü pedala malik elektrik overdrive sistem. 3 pilləli sükanın sütununda yerləşdirilmiş avtomatik sürət ötürücü pedal.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 438 sm, təkər bazası 245 sm.