1974 - 1984

242

1974-cü ilin avqustunda, Volvo 240 və 260 seriyaları adlanan yeni avtomobil nəslini təqdim etdi.

Bu yeni modellər 140 seriyaları əsasında inkişaf etdirilmiş və öz əcdadlarına çox oxşar idi. Dəyişikliklər əsasən aşağıdakılar idi: yeni ön hissə, geniş buferlər və inkişaf etdirilmiş şassi, McPherson növünə xas ön-çarx əyləc sistemini özündə əks etdirirdi. Eyni zamanda, üst paylayıcı vala malik yeni 4 silindrli mühərrik seriyasından istifadəyə başlanılmışdı. Əvvəlki 4 silindr bir müddət baza versiyalarda hələ təklif olunmaqda davam edirdi.

İki qapılı avtomobillərə xüsusilə Skandinaviya bazarlarında hələ də tələbat vardı. Ona görə də proqrama 2 qapılı modelin daxil edilməsi təbii idi. Lakin, tendensiya 4 qapılı avtomobillərə doğru olduğundan, 242 modeli 244 və 245-dən uzun müddət əvvəl istehsaldan çıxarılmışdır.

İllər keçdikcə, Volvo 242 bir çox müxtəlif mühərrik və sürət ötürücü qutu ilə istehsal edilmişdir.

Ən cəlbedici versiyalar 1970-ci ilərin sonunda təqdim edilmiş 242 GT və Şimali Amerikada satışa çıxarılan 1980-ci illərin 240 Turbo modelləri idi. Hər iki avtomobil valehedici performansa malik idi və "qoyun cildində canavar" klassik atalar sözünə tam cavab verirdi.

Texniki Göstəricilər

Model: 242
Variantlar: 242 GT
İstehsal tarixi: 1974 - 1984
Miqdarı: 242621
Ban: 2-qapılı sedan
Mühərrik: 4 silindrli, xəttli OHV, 4 silindrli, xəttli OHV, 4 silindrli, turbo mühərrikli xəttli OHV.
Transmissiya: 4 pilləli mexaniki və ya elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 490 sm, təkər bazası 264 sm.
Digər: 1985-ci ildə, Volvo 242 Avropa "Touring Car" Çempionatının qalibi olmuşdur.