1974 - 1993

244

1974-cü ilin avqustunda, Volvo 240 və 260 seriyaları adlanan yeni avtomobil nəslini təqdim etdi.

Bu yeni modellər 140 seriyaları əsasında inkişaf etdirilmiş və öz əcdadlarına çox oxşar idi. Dəyişikliklər əsasən aşağıdakılar idi: yeni ön hissə, geniş buferlər və inkişaf etdirilmiş şassi, McPherson növünə xas ön-çarx əyləc sistemini özündə əks etdirirdi.

240 ailəsinin təqdimatı ilə əlaqədar olaraq, başlığın səthində yerləşdirilmiş paylayıcı vala malik yeni 4 silindrli mühərrik seriyasından istifadəyə başlanmışdır. Əvvəlki 4 silindr hələ də müəyyən müddət üçün baza versiyalarında istifadə edilmişdir.

Qısa müddət üçün, Volvo 244 V6 mühərriki ilə də təqdim oluna bilərdi. 1979-cu ildə, bəzi bazarlarda populyar avtomobil peyda oldu- bazarda ilk 6 silindrli dizel mühərrikli minik avtomobili (5 silindrli dizel mühərriki müəyyən bazarlarda təklif edilmişdir).

Yeni 240/260 ailəsi ciddi təhlükəsizlik tələbləri nəzərə alınmaqla işlənib hazırlanmışdır. Bu tələblər elə ciddi idi ki, avtomobil, ABŞ-da dövlət orqanları tərəfindən təhlükəsizlik tədbirlərinin inkişaf etdirilməsi üçün standart avtomobil kimi istifadə edilmişdir.

Volvonun 240 modeli öz dövrünə görə demək olar ki, klassik hesab olunurdu, çünki o, artıq təxminən 20 il idi ki, istehsal olunurdu. İki halda, 1981 və 1986-cı illərdə istehsal olunan modellərin xarici görünüşündə ciddi dəyişiklik edilmişdir. Ümumilikdə, 240/260 seriyaları üzrə 2.8 milyondan çox avtomobil istehsal olunmuşdur.

Texniki Göstəricilər

Model: 244
İstehsal tarixi: 1974 - 1993
Miqdarı: 1483399
Ban: 4-qapılı sedan
Mühərrik: 4 silindrli, xətli OHV, 4 silindrli, xətli OHV, 4 silindrli, turbo mühərrikli xəttli OHV. V6 OHV və 5 və ya 6 silindrli, xəttli OHC dizel mühərrikli.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki, 5 pilləli mexaniki və ya 3 pilləli yaxud 4 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 490 sm, təkər bazası 264 sm.