1974 - 1993

245

1974-cü ilin avqustunda, Volvo 240 və 260 seriyaları adlanan yeni avtomobil nəslini təqdim etdi.

Bu yeni modellər 140 seriyaları əsasında inkişaf etdirilmiş və öz əcdadlarına çox oxşar idi. Dəyişikliklər əsasən aşağıdakılar idi: yeni ön hissə, geniş buferlər və inkişaf etdirilmiş şassi, McPherson növünə xas ön-çarx əyləc sistemini özündə əks etdirirdi.

240 ailəsinin təqdimatı ilə əlaqədar olaraq, üst paylayıcı vala malik yeni 4 silindrli mühərrik seriyası da təqdim edilmişdir. Əvvəki 4 silindr hələ də 240 seriyasının baza versiyalarında keçid dövrü üçün istifadə edilməkdə idi.

Volvo 244 kimi, 245 modeli də qısa müddətə V6 mühərrikinə malik olmuşdu. Bazarın ilk 6 silindrli dizel mühərrikli minik avtomobili 1978-ci ilin payızında peyda oldu - Volvo 240. Bu, dizel yanacağının əhəmiyyətli rol oynadığı bəzi bazarlarda çox uğurlu bir alternativ idi.

Yeni Volvo avtomobili ailəsi çox ciddi təhlükəsizlik tələbləri əsasında işlənib hazırlanmışdı. Bu tələblər elə ciddi idi ki, avtomobil, ABŞ-da dövlət orqanları tərəfindən təhlükəsizlik tədbirlərinin inkişaf etdirilməsi üçün standart avtomobil kimi istifadə edilmişdir.

Performansa gəldikdə, Volvo 245 həqiqətən də standartı müəyyən etmişdi. 1981-ci ildə 245 modelinin turbo mühərrikli versiyası təqdim ediləndə, bu dünyanın ən sürətli universal banlı avtomobillərindən biri idi.

İki halda, 1981 və 1986-cı illərdə istehsal olunan modellərin xarici görünüşündə dəyişiklik edilmişdir. Öz dövrünün sonlarına doğru, 245 intibaha nail olmuşdur. "Polar" adlı versiya İtaliyada kult avtomobilə çevrilmişdir.

Texniki Göstəricilər

Model: 245
İstehsal tarixi: 1974 - 1993
Miqdarı: 959151
Ban: 5 qapılı universal
Mühərrik: 4 silindrli, xətli OHV, 4 silindrli, xətli OHV, 4 silindrli, turbo mühərrikli xəttli OHV. V6 OHV və 5 və ya 6 silindrli, xəttli OHC dizel mühərrikli.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki, 5 pilləli mexaniki və ya 3 pilləli yaxud 4 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 490 sm, təkər bazası 264 sm.