1975 - 1982

264

Volvo 264 1974-cü ilin payızında Volvo 164-ün varisi kimi təqdim edilmiş və 1975-ci ildə 264 ilə eyni zamanda istehsal edilmişdir.

164 modeli 144 versiyasının əsasında işlənib hazırlanmışdır. Eyni qaydada, 264 də 244 modelinin əsasında işlənib hazırlanmışdır. Ən heyrətamiz dəyişiklik prestijli üsluba malik ön hissəsinin tərtibatında idi.

Peugeot və Renault ilə əməkdaşlıq çərçivəsində tamamilə alüminiumdan olmaqla 2.7 litrlik tam yeni PRV V6 mühərriki 264 modeli üçün işlənib hazırlanmışdır.

Texniki Göstəricilər

Model: 264
İstehsal tarixi: 1975 - 1982
Miqdarı: 132390
Ban: 4-qapılı sedan
Mühərrik: V6 OHC, 2,664 kub sm və ya 2,849 kub sm.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 490 sm, təkər bazası 264 sm.