1975 - 1985

265

Volvo, 1975-ci ilin avqust ayında, 1976-cı il modeli ilə bağlı xəbərlərini təqdim etdikdə, proqrama yeni versiya da daxil edilmişdi - Volvo 265.

İlk dəfə olaraq, Volvo artıq 6 silindrli mühərrikə malik universal banlı modeli təqdim edə bildi. Volvo 265 modeli 245-in baza tərtibatı əsasında, lakin 6 silindrli mühərrik komfortu ilə birlikdə işlənib hazırlanmışdı.

Volvo 265 ilə, Volvo aparıcı universal banlı avtomobil istehsalçısı kimi öz mövqeyini bir daha möhkəmləndirdi.

Texniki Göstəricilər

Model: 265
İstehsal tarixi: 1975 - 1985
Miqdarı: 35061
Ban: 5 qapılı universal
Mühərrik: V6 OHC, 2,664 kub sm və ya 2,849 kub sm.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 3 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dörd çarxlar disk əyləc sistemi ilə təchiz edilmişdir.
Ölçüləri: Ümumi uzunluq 490 sm, təkər bazası 264 sm.