1975 - 1980

66

1972-ci ildə Volvo Hollandiyada DAF Car BV-nin üçdə birini satın aldı və bununla da əvvəllər təmsil olunmadığı kiçik avtomobil seqmentində özünü möhkəmləndirdi. 1970-ci ilin ortalarında, DAF Car BV-də əlavə holdinqlər də satın alındı və bununla da şirkət Volvo Cars BV kimi yenidən təşkil olundu.

Volvo Car BV-dən Volvo adını daşıyan ilk avtomobil Volvo 66 idi. Bu əvvəlki DAF 66 modelinin inkişaf etdirilməsi idi.

Volvo 66 iki versiya üzrə buraxılırdı: 2 qapılı sedan və 3 qapılı universal banlı. Bu avtomobillərdə arxa təkər ötürücü funksiyaya malik idi. Bundan başqa, davamlı olaraq dəyişən transmissiya formasında avtomatik sürət ötürücü qutu ilə təchiz edilmişdi.

Texniki Göstəricilər

Model: 66
İstehsal tarixi: 1975 - 1980
Miqdarı: 106137
Ban: 2 qapılı sedan və ya 3 qapılı universal
Mühərrik: 4 silindrli, xəttli OHV, 1,109 kub sm, 47 a.g., və ya 1,289 kub sm, 57 a.g.
Ötürücü: Avtomatik, davamlı olaraq dəyişən transmissiya (CVT).
Əyləclər: Hidravlik, ön çarxda disk əyləc sistemi və arxa çarxda barabanlar (silindr).
Ölçüləri: Ümumi uzunluq 390 sm, təkər bazası 225 sm.