1976 - 1990

343

1976-cı ilin qışında Volvo 343 təqdim edilərkən, bu, Holland şirkəti Volvo Cars BV-nin təqdim etdiyi tamamilə ilk yeni avtomobil idi. Volvo 343 Avropa bazarlarının çox önəmli seqmentinə - kompakt seqmentinə qədəm qoydu.

Volvo 343 modeli 3 qapılı heçbek banına malik idi. Arxa hissədə geniş baqaj qapı kiçik spoyler ilə tamamlanırdı. Avtomobil nisbətən geniş idi və eyni zamanda, yaxşı, çevik yük yerinə malik idi.

Əvvəlcə, avtomobil yalnız 1.4 litrlik mühərrik və davamlı dəyişən avtomatik transmissiya ilə buraxılırdı. Bu modeldə arxa çarx ötürücü funksiyasına malik idi. Yükün daha yaxşı paylanmasını təmin etmək üçün arxa tərəfdə (differensialın yanında) sürət ötürücü qutu ilə təchiz edilmişdi. Arxa təkər amortizasiyası De Dion sistemi idi.

Öz dövründə, Volvo 343 xarici görünüş, mühərrik və sürət ötürücü qutu baxımından bir sıra dəyişikliklərə imza atmışdır. Onun görünüşündə ən böyük dəyişiklik 1981-ci ilin payızında baş verdi. Dəyişiklik həm yeni ön hissəni, həm də yeni interyeri əhatə edirdi.

Texniki Göstəricilər

Model: 343
İstehsal tarixi: 1976 - 1990
Miqdarı: 472434
Ban: 3 qapılı heçbek
Mühərrik: 4 silindrli, xəttli OHV, 1,397 kub sm, 4 silindrli, xəttli OHV, 1,986 kub sm, 4 silindrli, xəttli 1,721 kub sm və ya 4 silindrli, xəttli OHC 1,596 kub sm. dizel mühərriki.
Ötürücü: Avtomatik, davamlı olaraq dəyişən CVT transmissiya, 4 pilləli mexaniki, 5 pilləli mexaniki ötürücü.
Əyləclər: Hidravlik, ön çarxda disk əyləc sistemi və arxa çarxda barabanlar (silindr).
Ölçüləri: Ümumi uzunluq 419 sm, təkər bazası 239.5 sm.