1982 - 1989

360 3-D

1982-ci ilin payızında Volvo seriyasında yeni modelin - 360-ın istehsalına başlanıldı. Volvo 360 modeli 340 seriyasının əsasında hazırlanmış və 5 pilləli sürət ötürücü qutu ilə birlikdə 4 silindrli 2 litrlik mühərrikə malik idi. "360" modelinin təyinatı daha yaxşı təchiz edilmiş və daha güclü avtomobillərə özünə məxsus profil verməkdən ibarət idi.

360 GLT adlanan idman variantı da eyni vaxtda təqdim edildi və eyni mühərrikin yanacaq injektor versiyası ilə təchiz edilmişdi.

Texniki Göstəricilər

Model: 360 3-d
İstehsal tarixi: 1982 - 1989
Miqdarı: 33535
Ban: 3 qapılı heçbek
Mühərrik: 4 silindrli xəttli OHC mühərrikli, 1,986 kub sm, 88.9 x 80 mm
Transmissiya: 4 və ya 5 pilləli mexaniki
Əyləclər: Hidravlik, ön çarxlarda disk əyləc sisteminə malikdir
Ölçüləri: Ümumi uzunluq 423 sm, təkər bazası 240 sm.