1983 - 1989

360 SEDAN

1983-cü il modeli Volvo seriyasına yeni əlavənin - 360 seriyasının xəbərini verdi. Volvo 360 modeli 340 modelindən yaradılmış və 4 silindrli 2 litrlik mühərriklə işə düşürdü. Yeni avtomobil daha yaxşı təchiz olunnuş və "360" təyinatı yeni modelə daha güclü profil vermək üçün təqdim edilmişdi.

360 seriyasının buraxılışından bir il sonra, model genişləndirilərək, ənənəvi yük yerinə malik 4 qapılı sedan xüsusiyyətlərini özündə əks etdirməyə başladı. Bu versiya ilə banın arxa hissəsinin daha da uzadılması təmin edildi və bu, ümumi uzunluğun da artmasına gətirib çıxardı.

360 sedan versiyasından daha qənaətcil versiya olan 340 seriyası da 4 qapılı sedan formasında istehsal olunurdu (340 versiyasında ümumilikdə 79964 avtomobil istehsal edilmişdir).

Texniki Göstəricilər

Model: 360 Sedan
İstehsal tarixi: 1983 - 1989
Həcm: 66207 (360 Sedan)
Ban: 4 qapılı sedan
Mühərrik: 4 silindrli xəttli OHC mühərrikli, 1,986 kub sm, 88.9 x 80 mm
Transmissiya: 5 pilləli mexaniki
Əyləclər: Hidravlik, ön çarxlarda disk əyləc sisteminə malikdir
Ölçüləri: Ümumi uzunluq 441 sm, təkər bazası 240 sm