1933 - 1937

PV653-9

İlk 6-silindirli Volvo avtomobili 1929-cu ildə işıq üzü gördü və sonralar daha yenilənmiş versiyaları onu izlədi. PV653 (standart) və PV654 (lüks) modelləri 1933-cü ildə təqdim edilmişdilər. Gündəlik istifadə üçün nəzərdə tutulmuş, ənənəvi üslubda olan və etibarlı mühərriklə təmin edilmiş rahat, səssiz və möhkəm avtomobillər.

Çox möhtəşəm interyerə, bir cüt ehtiyat təkərlərə və arxa işıqlara malik olan 654 modelinin lüks versiyası bir neçə rəngdə mövcud idi.

Xüsusi banlara uyğun olan, şassi tipli PV655 modeli.

1935-ci ildə buraxılmış PV658 və PV659 modelləri avtomobilin görünüşünü kifayət qədər dəyişdirmişdi. Radiator bir az arxaya çəkilmiş, və radiatorun qabağına barmaqlıq yerləşdirilmişdi. Çox özəl təkər qapaqları avtomobilin yeni xarakterinə öz töhvəsini verirdi. 6-silindirli mühərrikin daha güclü versiyası avtomobilin başqa bir xüsusiyyəti idi. Onun 3.67 litr sərfiyyatı və 80-84 a.g. var idi.

Texniki Göstəricilər

Model: PV653-9
Seçimlər: PV 653 Standard, PV 654 Luxury, PV 655 Chassis, PV 653/654-ün növü, PV 656 Chassis, PV 657 Standard, PV 658 Luxury, şüşə arakəsməli PV 659
İstehsal tarixi: 1933 (PV653-5), 1935 (PV656-9), 1935 (PV653-5), 1937 (PV656-9)
Həcmi: 653 (PV653-5), 542 (PV656-9)
Ban: Sedan
Mühərrik: 653-5: xətti, 6-silindr, yan klapanlı; 3,266 kub sm; 79.4x110 mm; 3,200 dövrə/dəqiqədə 65 a.g. 658-659: xətti 6-silindr, yan klapanlı; 3,670 kub sm; 84.14x110 mm; 3,300 dövrə/dəqiqədə 80-84 a.g.
Ötürücü: 3-pilləli və neytral sürət keçidi olan, döşəməyə bərkidilmiş ötürücü dəstəkli.
Əyləclər: Bütün təkərlərdə hidravlik.
Ölçüləri: Təkər bazası 2,950 və ya 3,550 mm.
Digər: 230 PV653s və 361 PV654s modelləri 1933-1935-ci illər arasında buraxılıb.