1983 - 1989

360 5-D

1982-ci ilin payızında Volvo seriyasında yeni modelin, 360-ın tətbiqinə başlanıldı. Volvo 360 modeli 340 seriyasının əsasında hazırlansa da, 4 silindrli 2 litrlik mühərrik xüsusiyyətərini özündə əks etdirirdi. "360" modelinin təyinatı daha yaxşı təchiz edilmiş və daha güclü avtomobillərə özünə məxsus profil verməkdən ibarət idi.

360 GLT adlanan idman variantı da eyni vaxtda təqdim edildi və eyni mühərrikin daha güclü yanacaq injektor versiyasına aid xüsusiyyətlərini özündə əks etdirirdi.

Şəkildə 5 qapılı versiya göstərilmişdir. Bundan başqa 3 qapılı heçbek və 4 qapılı sedan versiyaları da var idi.

Texniki Göstəricilər

Model: 360 5-qapılı
İstehsal tarixi: 1983 - 1989
Miqdarı: 76281
Ban: 5 qapılı heçbek
Mühərrik: 4 silindrli xəttli OHC mühərrikli, 1,986 kub sm, 88.9 x 80 mm
Transmissiya: 5 pilləli mexaniki
Əyləclər: Hidravlik, ön çarxlarda disk əyləc sisteminə malikdir
Ölçüləri: Ümumi uzunluq 441 sm, təkər bazası 240 sm