1982 - 1990

760 SEDAN

1982-ci ilin əvvəlində təqdim edilmiş 760 sedanı ilə, Volvo yüksək komfortlu və yüksək performans səviyyəsinə malik prestijli nəqliyyat vasitələrinin az saylı istehsalçılarından birinə çevrildi.

760 modeli fərqli avtomobil idi və özünün qeyri-adi bucaqlı tərtibatına görə daha yaxşı interyer məkanı təklif edirdi. Təhlükəsizlik səviyyəsi əvvəlki Volvo avtomobillərindən və əksər rəqiblərindən daha yüksək idi.

760 GLE modelinin "baza" versiyası əvvəllər 260 seriyasında istifadə olunan Fransız V6 mühərrikinin inkişaf etdirilmiş versiyası əsasında hazırlanmış, lakin, daha sonra ona çox sürətli 4 silindr əlavə edilmişdir. İnterkuler (soyuducu) sistemli və 6 silindrli turbo versiya ilə. Yaxşı performansına və az yanacaq sərfiyyatına görə İnterkulerə malik dizel versiyası uzun məsafəli səfərlərdə yüksək komfort təqdim edirdi.

760GLE sedanına ən böyük dəyişiklik 1987-ci ildə baş tutmuşdur. Belə ki, öndən görünüşə dəyişiklik edilmiş və digər böyük dəyişikliklərlə birlikdə çoxhalqalı arxa ox sistemi tətbiq edilmiş, beləliklə də avtomobil tamamilə yenilənmişdir.

Texniki Göstəricilər

Model: 760 Sedan
İstehsal tarixi: 1982 - 1990
Miqdarı: 183864
Ban: 4-qapılı sedan
Mühərrik: 4 silindr xəttli OCH 2,316 kub sm və ya V6 2,849 kub sm və ya 2,383 kub sm Turbo Dizel
Transmissiya: elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 478.5 sm, təkər bazası 277 sm.