1985 - 1990

760 ESTATE

1985-ci ildə 760 Universal modelin tətbiqi ilə, Volvo dünyada həqiqətən ən zərif universal banlı avtomobili təqdim etmişdir.

760 GLE universal versiyanın "baza" versiyası əvvəllər 260 seriyasında istifadə olunan Fransız V6 mühərrikinin inkişaf etdirilmiş versiyası əsasında hazırlanmış, lakin, daha sonra ona çox sürətli 4 silindr əlavə edilmişdir. İnterkuler (soyuducu) sistemli və 6 silindrli turbo versiya. Yaxşı performansına və az yanacaq sərfiyyatına görə İnterkulerə malik dizel versiyası uzun məsafəli səfərlərdə yüksək komfort təqdim edirdi.

760GLE sedanına ən böyük dəyişiklik 1987-ci ildə edilmişdir və bu zaman öndən görünüş dəyişdirilmişdir. Sedan versiyasından fərqli olaraq, 760 universal versiya çoxhalqalı arxa ox ilə təchiz edilməmişdi.

Texniki Göstəricilər

Model: 760 Estate (universal)
İstehsal tarixi: 1985 - 1990
Miqdarı: 37445
Ban: 5 qapılı universal
Mühərrik: 4 silindr xəttli OHC 2,316 kub sm və ya V6 OHC 2,849 kub sm və ya 2,383 kub sm Turbo Dizel
Transmissiya: elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 478.5 sm, təkər bazası 277 sm.