1984 - 1992

740 SEDAN

Son dərəcə uğurulu Volvo 760 GLE inkişaf etdirilərək, 1984-cü ildə Volvo 740GLE versiyasının yaranmasına gətirib çıxarmışdır. Bu yeni Volvo modeli 760 modelinə alternativ olaraq 4 silindr ilə təchiz olunmuşdur.

Volvo 740 universal tipli avtomobil öz həqiqi etibarlılığına və məşhur təhlükəsizlik səviyyəsinə görə çox uğur qazandı.

İllər keçdikcə, Volvo 740 müxtəlif mühərriklərlə - əsasən turboforsaj funksiyasına malik olmayan 4 silindrli xəttli mühərriklərlə təchiz edilmişdir. Bundan başqa, 6 silindrli dizel variantları da tətbiq edilmişdir.

1989-cu il modelində əks etdirmək üçün 1988-ci ildə modelin eksteryerində kiçik kosmetik dəyişiklik edildi.

1990-cı ilin avqust ayından etibarən, Volvo 740 iki il müddətinə 940 ilə paralel şəkildə istehsal olunmuşdur. 940 daha sonra 740 versiyasının varisi olmuşdur.

Texniki Göstəricilər

Model: 740 Sedan
İstehsal tarixi: 1984 - 1992
Miqdarı: 650443
Ban: 4-qapılı sedan
Mühərrik: 4 silindr xəttli OCH 1,986 kub sm və ya 2,316 kub sm yaxud 6 silindrli xəttli 2,383 kub sm Dizel və ya Turbo Dizel Mühərrik.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 5 pilləli mexaniki yaxud 4 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 478.5 sm, təkər bazası 277 sm.