1985 - 1992

740 ESTATE

Son dərəcə uğurulu Volvo 760 GLE inkişaf etdirilərək, 1984-cü ildə Volvo 740GLE versiyasının yaranmasına gətirib çıxarmışdır. Bu yeni Volvo modeli 760 modelinə alternativ olaraq 4 silindr ilə təchiz olunmuşdur.

740-ın universal versiyası 1985-ci ildə təqdim edildi. Seriyanın genişləndirilməsi çoxdan gözlənilirdi.

Volvo 740 universal tipli avtomobil öz həqiqi etibarlılığına və məşhur təhlükəsizlik səviyyəsinə görə çox uğur qazandı və bununla da universal avtomobillərlə bağlı yeni standartları müəyyən etdi. Lakin, Volvo 740 universal modelini öz seqmentində çox tələb olunan avtomobil edən, çox güman ki, onun bənzərsiz interyer məkanı və yük həcmi idi.

İllər keçdikcə, Volvo 740 müxtəlif mühərriklərlə - əsasən turboforsaj funksiyasına malik olmayan 4 silindrli xəttli mühərriklərlə təchiz edilmişdir. Bundan başqa, 6 silindrli dizel variantları da tətbiq edilmişdir.

1989-cu il modelində əks etdirmək üçün 1988-ci ildə modelin eksteryerində kiçik kosmetik dəyişiklik edildi.

1990-cı ilin avqust ayından etibarən, Volvo 740 iki il müddətinə 940 ilə paralel şəkildə istehsal olunmuşdur. 940 daha sonra 740 versiyasının varisi olmuşdur.

Texniki Göstəricilər

Model: 740 Estate (universal)
İstehsal tarixi: 1985 - 1992
Miqdarı: 358952
Ban: 5 qapılı universal
Mühərrik: 4 silindr xəttli OCH 1,986 kub sm və ya 2,316 kub sm yaxud 6 silindrli xəttli 2,383 kub sm Dizel və ya Turbo Dizel Mühərrik.
Transmissiya: 4 pilləli mexaniki, elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 5 pilləli mexaniki yaxud 4 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçülər: naməlum
Digər: Ümumi uzunluq 478.5 sm, təkər bazası 277 sm.