1985 - 1990

780

1985-ci ildə Cenevrədəki beynəlxalq avtomobil sərgisində qapılar ictimaiyyətin üzünə açıldıqda, yeni Volvo modeli diqqət mərkəzində olmuşdu.

Volvo 780 eksklüziv 2 qapılı kupe idi. O, İtaliya dizayn şirkəti "Bertone" tərəfindən tərtib edilmişdir. Əvvəllər Volvo 264E (264-ün limuzin versiyası) və Volvo 262C, eləcə də Volvo 260 modelinin kupe versiyasının istehsalında təcrübəyə malik olan bu şirkət, bu müstəsna avtomobillərin istehsalı üçün cavabdeh idi.

Volvo 780 eleqant dizaynı aydın Volvo kimliyi ilə kombinasiya etmişdir. Bu modelin interyeri də özünəməxsus idi. Belə ki, arxa oturacaq iki sərnişin üçün fərdi olaraq hazırlanmışdı.

Texniki şərtlər baxımından, Volvo 780 əsasən 760 modeli əsasında hazırlanmışdır.

Texniki Göstəricilər

Model: 780
İstehsal tarixi: 1985 - 1990
Miqdarı: 8518
Ban: 2 qapılı
Mühərrik: 4 silindr xəttli DOCH 1,986 kub sm və ya 2,316 kub sm, V6 OHC 2,849 kub sm, və ya 6 silindrli xəttli 2,383 kub sm Turbo Dizel
Transmissiya: elektrik overdrive sisteminə malik 4 pilləli mexaniki və ya 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 479.4 sm, təkər bazası 277 sm