1985 - 1995

480

Volvo 480ES 1985-ci ildə hazırlandı və istehsalına 1986-cı ildə başlandı. Volvo 480 ES qabaq ötürücülü ilk Volvo avtomobili seriyası kimi çox mühüm idi. Çarpaz quraşdırılmış 4 silindrli mühərriklə təchiz edilmişdi.

480 ES (həmçinin 480S və 480 Turbo adları ilə də bazara çıxarılmışdı) dörd qapılı qapalı idman avtomobili idi, onun arxa hissəsinin tərtibatına 1970-ci illərin əvvəlinə aid klassik 1800ES modelinin təsiri olmuşdu.

Yuxarı qalxan ön faraları ilə ön görünüş unikal idi və heç bir əvvəlki Volvo avtomobilinə bənzəmirdi.

Texniki Göstəricilər

Model: 480
Variantlar: 480 Turbo, 480 S
İstehsal tarixi: 1985 - 1995
Miqdarı: 76375
Ban: 2 qapılı idman üslüblü heçbek
Mühərrik: 4 silindr xəttli, 1,721 kub sm OHC turbolu və ya turbosuz, yaxud 1,998 kub sm OHC.
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik.
Əyləclər: Hidravlik, ön çarxlarda disk əyləc sistemi və ya arxa çarxlarda baraban, yaxud bütün dövrələrdə disklər.
Ölçüləri: Təkər bazası 2,50 sm.
Digər: 480 ön çarxları ötürücü kimi istehsal olunan ilk Volvo avtomobili seriyasıdır.