1988 - 1996

440

Volvo 440-ın hazırlanmasına 1988-ci ildə başlanmış və bir neçə il Volvo 340 ilə eyni vaxtda istehsal edilmişdir. Sonra isə 440 və onun qardaşı 460 modeli, Volvonun kompakt avtomobil bazarındakı rolunu yerinə yetirməyə başlamışdır.

Volvo 440 versiyası 480 idman kupesi kimi eyni əsas texniki konstruksiyaya və tərtibata malik idi. Bu o demək idi ki, onda da idman avtomobillərinə xas olan çarpaz təchiz edilmiş mühərrik və qabaq ötürücü var idi və təbii ki, o, 480-nin əla idarəetmə və yolu tutma xüsusiyyətlərini götürmüşdü.

Öz dövründə, 440 modeli 1.6-dan 2.0-a qədər müxtəlif mühərrik həcmləri ilə buraxılmışdır. Bu mühərriklərin hamısı başlığın yuxarı səthində yerləşdirilmiş paylayıcı val ilə təchiz edilmiş 4 silindrə malik idi və eyni mühərrik ailəsinin əsasında işlənib hazırlanmışdı.

440, 5 qapılı heçbek banlı avtomobil olub, arxa qapısınındakı spoyler ilə tanınırdı - bu tərtibat elementi 300 seriyasından olan avtomobilləri məşhurlaşdırmışdır.

440-ın 1994-cü il modelinə daha geniş 850 ilə uyğunlaşdırmaq məqsədilə böyük kosmetik dəyişikliklər edildi.

Texniki Göstəricilər

Model: 440
İstehsal tarixi: 1988 - 1996
Miqdarı: 460822
Ban: 5 qapılı heçbek
Mühərrik: 4 silindr xəttli OHC 1,596 kub sm, 1,721 kub sm OHC turbolu və ya turbosuz, 1794 kub sm yaxud 1,998 kub sm, və 4 silindrli xəttli OHC 1,870 kub sm Turbo Dizel.
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik.
Əyləclər: Hidravlik, ön çarxlarda disk əyləc sistemi və ya arxa çarxlarda baraban, yaxud bütün dövrələrdə disklər.
Ölçüləri: Ümumi uzunluq 431 sm, təkər bazası 250 sm