1989 - 1996

460

Volvo 460-ın istehsalına ön ötürücü funksiyalı 440 heçbekin sedan versiyası kimi 1989-cu ildə başlanılmışdır.

Volvo 460 versiyası 480 idman kupesi kimi eyni əsas texniki konstruksiyaya və tərtibata malik idi. Bu o demək idi ki, onda da idman avtomobillərinə xas olan çarpaz təchiz edilmiş mühərrik və qabaq ötürücü var idi və təbii ki, o, 480-nin əla idarəetmə və yolu tutma xüsusiyyətlərini götürmüşdü.

Öz dövründə, 460 modeli 1.6-dan 2.0-a qədər müxtəlif mühərrik həcmləri ilə buraxılmışdır. Bu mühərriklərin hamısı başlığın yuxarı səthində yerləşdirilmiş paylayıcı val ilə təchiz edilmiş 4 silindrə malik idi və eyni mühərrik ailəsinin əsasında işlənib hazırlanmışdı.

Texniki Göstəricilər

Model: 460
İstehsal tarixi: 1989 - 1996
Miqdarı: 238401
Ban: 5 qapılı heçbek
Mühərrik: 4 silindr xəttli OHC 1,596 kub sm, 1,721 kub sm OHC turbolu və ya turbosuz, 1794 kub sm yaxud 1,998 kub sm, və 4 silindrli xəttli OHC 1,870 kub sm Turbo Dizel.
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, ön çarxlarda disk əyləc sistemi və ya arxa çarxlarda baraban, yaxud bütün dövrələrdə disklər.
Ölçüləri: Təkər bazası 2,50 sm.