1990 - 1998

940 SEDAN

Volvo 940/960 versiyası 1990-cı ilin payızında təqdim edildi. Yeni 940 əvvəlki 740-ı əvəzləyirdi, amma 740 modeli 740 GL modeli kimi istehsal olunmaqda davam edirdi. 960 versiyasına oxşayan 4 silindrli benzin mühərrikli və ya 6 silindrli turbo-dizel mühərrikli Volvo 940.

Volvo 940 ilə bir sıra yeni təhlükəsizlik funksiyaları da tətbiq olunmuşdur. Lüks qardaşı sayılan 960-da olduğu kimi, üç yerdən bərkidilən oturacaq kəməri, arxa oturacağın ortasında, tənzimlənən başlıq kəmərləri ilə təchiz edilmişdir, bu isə öz növbəsində oxşar funksiyalar üçün bir yenilik idi. Bundan əlavə, arxa oturacağın orta hissəsinin qoltuğuna quraşdırılmış uşaq oturacağı əlavə seçim kimi təklif edilirdi.

Bu və digər təhlükəsizlik parametrləri modelə beynəlxalq aləmdə çoxlu mükafat gətirdi. Buna misal olaraq, ən yaxşı təhlükəsizlik xüsusiyyətlərinə görə verilmiş "Prince Michael Road Safety Award" (Şahzadə Maykl Yol Təhükəsizliyi Mükafatı) və "Autocar & Motor" mükafatlarını göstərmək olar.

Texniki Göstəricilər

Model: 940 Sedan
İstehsal tarixi: 1990 - 1998
Miqdarı: 246704
Ban: 4 qapılı sedan
Mühərrik: 4 silindr xəttli DOCH 1,986 kub sm, 88.9 x 80 mm; 4 silindrli xəttli OHC 2,316 kub sm tuboforsajlı/turboforsajsız, və 6 silindrli xəttli OHC 2,383 kub sm Turbo Dizel Mühərrik.
Transmissiya: 4 pilləli overdrive funksiyalı mexaniki və ya 5 pilləli mexaniki, yaxud 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Ümumi uzunluq 487 sm, təkər bazası 277 sm.