1990 - 1998

940 ESTATE

Volvo 940/960 versiyası 1990-cı ilin payızında təqdim edildi. Yeni 940 əvvəlki 740-ı əvəzləyirdi, amma 740 modeli 740 GL modeli kimi istehsal olunmaqda davam edirdi. 960 versiyasına oxşayan 4 silindrli benzin mühərrikli və ya 6 silindrli turbo-dizel mühərrikli Volvo 940.

Volvo artıq rahat universal tipli avtomobillərin aparıcı istehsalçısı kimi tanınırdı. 940 universal tipli avtomobilini məhsul proqramına daxil etmək, bu baxımdan, təbii idi. 940 universal tipli model öz sələfi 245/240 universal modeli kimi əfsanəyə çevrildi və Volvonun sonuncu arxa ötürücülü modeli oldu (S90/V90 seriyası ilə birlikdə).

940 universal modeli 960 versiyasına çox oxşar idi, lakin "kütlələr" üçün daha rahat və təhlükəsiz idi və Duett, P220 "Amazon universal avtomobili", 145, 245/240 universalı və 740 universalı kimi avtomobillərin varisi idi.

Texniki Göstəricilər

Model: 940 Estate (universal)
İstehsal tarixi: 1990 - 1998
Miqdarı: 231677
Ban: 5 qapılı universal
Mühərrik: 4 silindr xəttli DOCH 1,986 kub sm, 88.9 x 80 mm; 4 silindrli xəttli OHC 2,316 kub sm turboforsajlı/turboforsajsız və 6 silindrli xəttli OHC 2,383 kub sm Turbo Dizel Mühərrik.
Transmissiya: 4 pilləli overdrive funksiyalı mexaniki və ya 5 pilləli mexaniki, yaxud 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Təkər bazası 277 sm.