1990 - 1997

960 SEDAN

1990-cı ilin payızında 1991-ci ilin modeli kimi Volvo 960 buraxılmağa başlanıldı Yeni Volvo 960 1982-ci ildən bazarda olan və artıq buraxılışı dayanmaqda olan 760-ı əvəz edirdi.

Volvo 960 3 litr həcmə malik tam yeni, xəttli 6 silindrli mühərrik ilə təchiz edilmişdi. Bu, alüminium silindr bloku və hər silindr üzrə 4 vala qoşulmuş qoşa paylayıcı val xüsusiyyətlərini özündə əks etdirən tam yeni mühərrik idi. Bu mühərrik xəttli mühərriklərin tam yeni nəslində ilk mərhələ idi və daha sonra Volvo mühərriklərinin 5 silindrli və 4 silindrli yeni seriyalarının yaradılması ilə nəticələnmişdir.

Volvo 960-da bir sıra yeni təhlükəsizlik xüsusiyyətləri var idi. Onlara misal olaraq üç yerdən bərkidilən təhlükəsizlik kəmərlərini və arxa otruacağın ortasında quraşdırılmış tənzimlənən başaltlıqlarını göstərmək olar. Bundan əlavə, avtomobilin təhlükəsizlik profilini gücləndirən amil kimi arxa oturacağın orta hissəsində quraşdırılan uşaq oturacağı göstərilə bilər.

Bu və digər təhlükəsizlik parametrləri modelə bir sıra beynəlxalq mükafatlar gətirdi. Buna misal olaraq, ən yaxşı təhlükəsizlik xüsusiyyətlərinə görə verilmiş "Prince Michael Road Safety Award" (Şəhzadə Maykl Yol Təhükəsizliyi Mükafatı) və "Autocar & Motor" mükafatlarını göstərmək olar.

Volvo 960-ın 1995-ci il modelində böyük dizayn dəyişiklikləri aparıldı. Ön hissənin görünüşü yeniləndi; şassi demək olar ki, tamamilə yeniləndi və kompozit materialdan hazırlanan çarpaz yaylı çoxhalqalı arxa oxun son təkmil versiyası da bura daxil idi. 6 silindrli mühərrikin yeni 2.5 litrlik versiyası əvvəlki 3 litrlik versiyanı əvəz edirdi.

1997-ci ildə, Volvo S90 modeli 960 sedanı əvəz etdi.

Texniki Göstəricilər

Model: 960 Sedan
İstehsal tarixi: 1990 - 1997
Miqdarı: 112710
Ban: 4 qapılı sedan
Mühərrik: 6 silindrli xəttli DOHC mühərrikli, 2,473 kub sm və ya 2,922 kub sm.
Transmissiya: 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Ümumi uzunluq 487 sm, təkər bazası 277 sm